Title Image

Məhsullarımız



Çistofan


Tərkibi: 
Böyrəkotu yarpaqlarının quru ekstraktı ...............200 mq
Cəfəri yarpaqlarının quru ekstraktı ........................25 mq
Mərcangilə yarpaqlarının quru ekstraktı ...............10 mq
Tozağacı yarpaqlarının quru ekstraktı ...................75 mq

Farmakoterapevtik qrupu:
Uroseptik, sidikqovucu, urolitik, iltihabəleyhinə və spazmolik təsirlərə malikdir.

Farmakoloji xüsusiyyətləri:
Böyrəkotu - (orthosiphon) yarpaqlarının tərkibində zəngin olan ortosifonin  (0,01%),  alkaloidlər,  efir yağları (2,7%), çaxır turşusu (1,5%), limon turşusu, saponinlər orqanizmdə alfa amirin, betta sitosterin və taninin miqdarının artmasına səbəb olurlar. Adı  çəkilən birləşmələr tibbdə güclü iltihabəleyhinə, sidikqovucu, ödqovucu, böyrək və öd daşlarına dağıdıcı təsirləri ilə tanınırlar.  Ortosifon  ödem, albuminuriya, azotemiya və böyrək daşları ilə müşayət olunan  sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi proseslərində yüksək kliniki effektivlik göstərərək, adı çəkilən halların sürətli aradan götürülməsini təmin edir. Bundan başqa ortosifonun kəskin beyin aterosklerozu və hipertoniya xəstəliyi fonunda müşahidə olunan böyrək və qaraciyərin funksiya pozuntusu zamanı   təyini  ümumi vəziyyətin yaxşılaşması və bir çox ağrı simptomlarının aradan götürülməsi ilə nəticələnir. Güclu sidikqovucu təsiri hesabına orqanizmdən sidik turşusu və xloridlərin təmizlənməsi baş verir.  II və III  tip ürək-damar çatışmazlığı zamanı ortosifon kompleks müalicənin tərkibində təyini tövsiyyə edilir. Kalsium oksalatların əmələ gəlməsini tormozlayır. Böyrəkotu Bacillus subtilis,  Bacilluscereus, Staphylococcus aureus, Listeria monocytogenes,   Escherichia coli,  Vibrioparahaemolyticus,  Salmonella enteritidis, Salmonella typhimurium и Klebsiella pneumoniae, Candida albicans kimi mikroorqanizmlərə qarşı bakterisid təsir edir.

Cəfəri yarpaqlarının ekstraktı - sidikqovucu, uroseptik, iltihabəleyhinə, antioksidant, spazmolitik təsir edir.
Escherichia coli, Proteus spp., Enterobacter spp., Pseudomonas aeruginosa, Klebsiella spp.иStaphylococcus aureus bakterialarına qarşı bakteriostatik təsir göstərir. Tərkibindəki flavonoidlər qanda sidik turşusunun səviyyəsini aşağı salır. 

Mərcangilə yarpaqlarının ekstraktı – kapilyarların kövrəkliyini və keçiriciliyini azaldır, sidikqovucu, antibakterial, antioksidant və iltihabəleyhinə təsir edir. Sidikqovucu və bakterisid təsirləri tərkibindəki arbutin adlı qlikozid tərəfindəndir.

Tozağacı yarpaqlarının ekstraktı -sidikqovucu, antibakterial, iltihabəleyhinə təsirlərə malikdir. Xüsusən karbonat və fosfat tərkibli konqlomeratlara qarşı güclü urolitik təsir edir.

Göstərişləri:

  • Sistit, uretrit, piyelonefrit
  • Simptomsuz bakteriuriya
  • Diabetik nefropatiya
  • Sidik daşı xəstəliyin müalicə və profilaktikası (daşın ölçüsü 3 mm çox olmamaq şərti ilə)
  • Nefrotik sindrom
  • Podaqranın müalicə və profilaktikası
Doza və qəbul qaydası:
YaşDozalanma
7-121 kapsula * 2dəfə
12 yaşdan yuxarı və böyüklərə2 kapsula * 2 dəfə
Sistofan preparatı 30 dəqiqə yeməkdən qabaq 1 stəkan su ilə içilir. Müalicə müddəti 4-6 həftə. Sidikdaşı xəstəliyində 3-6 ay. Təkrarı müalicə kursuna  ən azı 1 aydan sonra başlamaq olar.

Əlavə təsirləri: 
Nadir hallarda allergik  reaksiyalar, halsızlıq, dispeptik hallar.

Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, laktasiya dövrü, qlomerulonefrit, öddaşı xəstəliyi.

Buraxılış forması:
60 kapsul

İstehsalçısı:
Vitapharma - Moldova.