Title Image

Məhsullarımız



Siproneks


Tərkibi:
1tabletin tərkibində:
Siprofloksasin......500 mq

Farmakoloji xüsusiyyətləri:
Siproneks® ftorxinalon qrupundan olan antibakterial preparatdır. Geniş spektrli bakteriosid təsirə malik olub, norfloksasindən 5-8 dəfə daha aktivdir. DNT-girazanı və topoizomeraza IV inhibə edir,DNT sintezini pozur. Siproneksin az  həcmi plazma zülalları ilə( 10-15%) birləşir, lipidlərdə yaxşı həll olur ,orqan və toxumalara asan keçir (qarın boşluğu və kiçik çanaq orqanlarına -böyrək,yumurtalıq ,uşaqlıq və.s).HEB və plasentadan  asan keçir.30% sidiklə  dəyişilməmiş xaric olur. Siproneks®qrammüsbətlərdən xüsusən  ( Staph.aureus) ,b-laktamaza əmələ gətirən  və metisillinə dözümlü ştamlara  qarşı ,Chlamydia trachomatisə qarşı  təsir spektri daha  genişdir.Digər Strep.  Faecalis(Enterococcus) yalnız sidik çıxarıcı yollarda olduqda effektiv təsir götərir,çünki sidikdə konsentrasiyası qandakından 200-300 dəfə çoxdur.Virus, göbələklərə və ibtidailərə Ureaplasma urealyticum, Nocardia asteroides,anaeroblara(Bacteroides spp., Peptococcus spp.,  Peptostreptococcus spp., Eubacter spp., Fusobacterium spp., Clostridium difficile), Treponema pallidum. təsir göstərmir. Həssasdır: Staphylococcus aureus, Staphylococcus spp., , Staphylococcus epidermidis, Neisseria gonorrhoeae, Neisseria meningitidis, Escherichia coli, Citrobacter spp., Klebsiella spp., Enterobacter spp., Hafnia, Proteus spp. , Salmonella spp., Shigella spp., Yersinia enterocolitica, Campylobacter jejuni, Aeromonas, Plesiomonas, Vibrio cholerae, Vibrio parahaemolyticus, Haemophilus influenzae, Chlamydia spp., Legionella spp. Bundan əlavə Enterococcus faecalis, Streptococcus spp. (pyogenes, pneumoniae və  viridans), Serratia marcescens, Pseudomonas aeruginosa, Acinetobacter, Mycoplasma hominis, Mycoplasma pneumoniae, Mycobacterium tuberculosis, Mycobacteriumfortuitum.     
Farmakokinetika: MBT tərəfindən yaxşı sorulur.Yeməkdən əvvəl qəbulu daha effektivdir,çunki sorulması qida qəbulundan sonra çətinləşir,amma biomənimsənilməyə təsir göstərmir. Siproneks® toxumalarda yayılması daha yüksəkdir,HEB asan kecir. Orqanizmdən hissəvi qaraciyər ( öd,nəcis), böyrəklərlə (sidik 40%) ekskresiya olunur.Yarımparçalanma dövrü 3-4 saat davam edir.  

Göstərişləri:
-Həssas mikroorqanizmlər  tərəfindən törədilən bakterial  infeksiyalar: 
-Yuxarı tənəffüs yollarının infeksiyaları( bronxit,infeksiyalaşmış bronxoektaziyalar,pnevmoniya,ağciyər absesi,plevranın empieması,mukovissidozlu xəstələrdə ağciyər infeksiyasi). 
-Burun-boğaz-qulaq infeksiyaları ( orta otit,xarici qulağın iltihabi prosesi,haymorit,mastoidit,sinusit,tonzillit,faringit ).
-Sidikçıxarıcı yolların infeksiyaları(pielonefrit, pielit,prostatit,sistit,uretrit, böyrək və sidik kisəsinin daşları ilə əlaqədar infeksiyalaşmalar).
-Yumşaq toxumaların infeksiyalaşması( fleqmona ,peritonit,yel xəstəliyi, yarainfeksiyaları,mastit,dəri xorası).
-Sümük və oynaqların infeksiyası(osteomielit,septik artrit ) 
-MBT-nın,öd yolları və qarın boşluğunun infeksiyarı(xolanqit,xolesistit,öd kisəsinin empieması, pankreatit, peritonit,divertikul,enterokolit ,dizenteriya. Salmonellez, şiqellez).

Dozalanma:
Daxilə250—500 mq 2 dəfə sutkada yeməkdən əvvəl təyin edilir. Maksimal sutkalıq  doza  1500mq . Müalicəkursu —  7-10 gündən 4 həftə müddətində. 

Əks göstərişləri:
Həssaslıq ,hamiləlik ,laktasiya,məktəbəqədər və cinsi yetışkənlik dövrü( 18 yaşa kimi).

Əlavə təsirləri:
Allerqik reaksiyalar.Bəzən ürəkbulanma halları yarada bilər.   

Buraxılış forması:
Tablet № 10

İstehsalçı:
Polpharma, Polşa