Title Image

Məhsullarımız



Biotrakson


ТƏRKİBİ:
Hər flakonda 1 q  seftriakson sodium vardır. 

FАRMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Seftriakson yarımsintetik sefalosporin törəməsidir, III nəsil sefalosporinlərə aiddir. Geniş təsir spektrinə malikdir. Qrammənfi və qrammüsbət aerob və anaeroblara bakterisid təsir göstərir: Streptococcus group АВС, G, Str. pneumoniae, Staphylococcus aureus, St. Epidermidis; Enterobacter spp., Eschenchia coli, Haemophilus influenzae, H. parainfluenzae, Klebsiella spp. (o cümlədən, К. pneumoniae), Moraxella catarrhalis, Morganella morganii, Neisseria gonorrhoeae, N. meningitidis, Proteus mirabilis, Proteus vulgaris, Providencia spp., Salmonella spp. (o cümlədən, S. typni), Serratia spp. (o cümlədən,  S. marcescens), Shigella spp., Yersinia spp. (o cümlədən, Y. enterocolitica), Treponema pallidum, Citrobacter spp., Aeromonas spp., Acinetobacter spp.; Actinomyces, Bacteroides spp. (o cümlədən, В. fraqilis), Clostridium spp., Peptococcus spp., Peptostreptococcus spp., Fusobacterium spp.. Biomənimsənilməsi 100%-dir. Cmax plazmada – 1,5 saatdır. Plazma zülalları ilə — 85 - 95% birləşir.  Orqan və toxumalara, sinovial mayeyə, sümüyə, sinovial, peritoneal, onurğa beyin mayelərinə yaxşı keçir və yüksək konsentrasiya toplayır. Yarımparçalanma dövrü ən uzun olan sefalosporindir.  T1/2  8–12 saatadək uzana bilər. Böyrəklər və qaraciyər vasitəsilə orqanizmdən xaric olur. 

GÖSTƏRİŞLƏR: 

  • Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları
  • LOR orqanlarının infeksiyaları 
  • Qarın boşluğu üzvlərinin infeksiyaları 
  • Sümük və oynaqların infeksiyaları 
  • Dəri və yumşaq toxumaların infeksiyaları 
  • Sidik ifrazı yollarının infeksiyaları 
  • Cinsi yolla keçən infeksiyalar (qonoreya) 
  • İnfeksiyalaşmış yaralar və yanıqlar 
  • Meningit, sepsis 
  • Cərrahi əməliyyatdan sonrakı infeksiyaların profilaktikası
ƏKS GÖSTƏRİŞLƏR: Sefalosporinlərə qarşı həssaslıq.

İSTİFADƏ QAYDASI: 
Böyüklərdə: v/d və ya  ə/d –1 q gündə 1 dəfə təyin olunur. 
Uşaqlar və körpələrdə: venadaxili – 20  - 100 mq/kq/gündə; ə/d - 500 mq gündə 1 dəfə. 
Meninqit və sepsis zamanı daha artıq dozada  gündə 2 dəfə istifadə edilir. Sutkalıq maksimal doza 4 q.
BURAXILIŞ FORMASI: İnyeksiya üçün toz 1 q
İSTEHSALÇI:“ POLPHARMA” (POLŞA)