Title Image

Məhsullarımız



Biotaksim


Tərkibi: Sefotaksim

Fafmakoloji qrup: Beta-laktam antibiotik, sefalosporin

Farmakoloji xüsusiyyətləri: Ⅲ nəsil sefalosporin qrupu yarımsintetik antibiotikdir. Sefotaksim bakterisid təsir göstərir. O, həmçinin, bir çox β-laktamazlara qarşı davamlıdır. Sefotaksimə qarşı həssas olanlar: Aeromonas hydrophila; Bacillus subtilis; Bordetella pertussis; Borreliabugdorferi; Moraxella (Branhamella) catarrhalis; Citobacter diversus; Clostridium perfingens; Corinebacterium diphteriae; Escherichia coli; Enterobacter spp.; Erysipelothrix insidosa; Haemophilus; Klebsiella pneumonia; Klebsiella oxytoca; Methi-S-Staphylococcus; Morganellamorganii; Nisseria gonorrhoeae; Nisseria meningitides; Propionibacterium; Proteus mirabillis, vulgaris; Providencia; Streptococcus pneumonia; Salmonella; Seratia spp.; Shigella; Streptococcus spp.; Veilonella; Yersinia.

Dərman vasitəsinə davamlıdır: Acinetobacter baumanii; Bacteroides fragilis; Clostridium  difficile; Enterococcus; Gram negative anaerobes; Listeria monocytogenes; Methi-R staphylococcus; Pseudomonas aeruginosa, cepacia; Stenotrophomonas maltophilia..

İstifadəsinə göstərişlər:

  • Sefotaksimə həssas mikroorqanizmlərin törətdiyi infeksiyaların müalicəsi üçün təyin edilir.
  • Tənəffüs yolları infeksiyaları; 
  • Sidik-cinsiyyət yolları infeksiyaları;
  • Septisemiya, bakteriemia;
  • Endokarditlər;
  • İntraobdaminal infeksiyalar;
  • Meningit (listerioz meningit istisna olmaqla) və digər MSS infeksiyaları;
  • Dəri və yumşaq toxumaların infeksiyaları;
  • Sümük və oynaqların infeksiyaları;
  • Mədə-bağırsaq traktı, uroloji və mamalıq-ginekoloji cərrahiyyə əməliyyatlarından sonra infeksiyaların profilaktikası.
Əks göstərişlər:
  • Sefalosporinlərə qarşı yüksək həssaslıq;
  • Ağır ürək çatışmazlığı;
  • Ritm aparıcısı müəyyən edilməyən ürəkdaxili blokadalar;
  • 2,5 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Sefotaksim plasentar baryeri keçir, bu səbəbdən dərman vasitəsi hamiləlik zamanı istifadə edilməməlidir. Sefotaksim ana südünə keçir, buna görə dərman vasitəsinin istifadəsinə ehtiyac yarandıqda südlə əmizdirmə dayandırılmalıdır.

İstifadə qaydası və doza:
Sefotaksim əzələdaxili və ya venadaxili yeridilir. Böyüklərdə ağırlaşmamış infeksiyalarda 1qr əzələ və ya venadaxili 12 saatdan bir. Orta ağır infeksiyalarda 1-2qr əzələ və ya venadaxili 8 saatdan bir. Sepsisdə 2 qr 6-8 saatdan bir venadaxili. Həyati təhlükəli infeksiya hallarında (meningit) 2 qr hər 4 saatdan bir, sutkalıq doza 12 qr-dan artıq olmamaq şərti ilə. Müalicə müddəti individual təyin olunur. Əzələdaxili istifadə üçün 1 qr sefotaksim  4 ml su və ya 1%-li lidokainlə qatılır. Venadaxili infuziyada  istifadə üçün 0,95-li natrium xlorid məhluluna və ya 5%-li dekstrozaya qatılır. İnfuziya 50-60 dəqiqə ərzində yeridilir. Venadaxili inyeksiya üçün 1 qr sefotaksim 4 ml suda həll olunur, 2qr sefotaksim 10 ml suda həll olunur.

Əlavə təsirləri:
Angionevrotik ödem, bronxospazm, zəiflik, səpki, qızartı, ürəkbulanma, qusma, diareya.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Sefotaksim digər antibiotiklərlə bir şprisdə və bir infuzion məhlulda qarışdırılmamalıdır. Digər sefalosporinlərdə olduğu kimi sefotaksim, nefrotoksik təsirə malik dərman vasitələrinin  nefrotoksik təsirini gücləndirə bilər. Probenesid sefalosporinlərin ekskresiyasını ləngidir və onların plazma konsetrasiyasını artırır.

Buraxılış forması:  Karton qutunun içərisində şüşə flakonda 1 qr sefatoksim.

Saxlanma şəraiti: 250 C aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Aptekdən resept əsasında buraxılır.