Title Image

Məhsullarımız



Akriderm


Tərkibi:
100 qr məlhəmin tərkibi:
Klotrimazol.................................1 qr
Betametazon dipropionat...0,064 qr
Qentamisin sulfat....................0,1 qr

Farmakoloji xüsusiyyətləri:
Akriderm®preparatı betametazon dipropionatın iltihab, qaşınma, allergiya əleyhinə və damardaraldıcı effektini klotrimazolun göbələk əleyhinə aktivliyi və gentamisin sulfatın geniş antibakterial təsiri ilə birləşdirir.
Klotrimazol göbələklərin hüceyrə membranına göbələk əleyhinə təsir göstərir və hüceyrə daxilindəkinin xaric olmasına gətirir.
Gentamisin ilkin və ikincili bakterial dəri infeksiyaların çox effektiv yerli müalicəsini təmin edir.
GentamisinStaphylococcus aureusqarşı (koaqulaza-müsbət, koaqulaza-mənfi və penisillinqətirici bəzi ştamlar) və qram-mənfi bakteriyalar:Pseudomonas aeruginosa, Aerobacter aerogenes, Escherichia coli, Proteus vulgaris və Klebsiella pneumoniaeqarşı aktivdir.

Göstərişlər:
Qlükokortikosteroidlərlə yaxşı müalicə olunan, preparatın komponentlərinə qarşı həssas mikroorqanizmlərlə törədilmiş ikincili infeksiya ilə ağırlaşmış ya ağırlaşmalara şübhə olduqda dermatozlar.
Klotrimazol pəncə mikozlarların, Trichophyton rubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporumcanis ilə törədilmiş qasıq epidermofitya və saya dərinin trixofitiyanın, Candida albicans ilə törədilmiş kandidozların, Malassezia furur (Pityrosporum obiculare) törədilmiş kəpəkvari dəmrovun müalicəsində effektivdir.

Əks göstərişlər.
Preparatın təsiredici maddələrinə və digər komponentlərinə qarşı yüksək həssaslıq.

Istifadə qaydası və dozası.
Preparat dərinin bütün zədələnmiş və ona yaxın olan sahələrə  nazik layla gündə 2 dəfə (səhər və axşam) yaxılır. Effektin alınması üçün Akriderm®  müntəzəm olaraq istifadə olunmalıdır. Müalicənin müddəti zədələnmənin lokalizasiyasından, ölçüsündəın və müalicəyə qarşı xəstənin həssaslığından asılıdır. Bəzi hallarda əgər klinik effekt 3-4 həftə ərzində müşahidə olunmur diaqnoz yenidən müzakirə olunmalıdır.

Əlavə reaksiyalar
Akriderm® preparatı ilə müalicə zamanı əlavə reaksiyalar nadir hallarda müşahidə edilir: piqmentasiyanın pozulması, hipoxromiya, yandırma hissi, eritema, ekssudasiya və qaşınma.
Klotrimazol ilə əlaqədar əlavə reaksiyalar: yandırma hissi, suluqların əmələ gəlməsi, kəpək, lokal ödem, qaşınma, övrə, dəridə ümumi qıcıqlanma.
Qentamisinlə müalicə qısamüddətli qıcıqlanma əmələ gətirə bilər, bu adətən müalicənin dayandırılmasını tələb etmir.
Betametazonun yerli istifadəsi (xüsusilə  okklüziv sarğı altında) aşağıdaki əlavə reaksiyaların əmələ gəlməsinə səbəb ola bilər: yandırma hissi, qaşınma, dəridə qıcıqlanma və quruluq, follikulit, hipertrixoz, civzəli səpgilər, hipopiqmentasiya, perioral dermatit, allergik kontakt dermatit, dərinin maserasiyası, ikincili rezistent floranın əmələ gəlməsi, dəridə atrofiya, striyalar.

Buraxılış forması:
Məlhəm 15 q

Istehsalçı:
«Акрихин», Rusiya