Title Image

Məhsullarımız



Aflexonorm


Tərkibi:

Gecə (yaşıl rəngli) kapsul ibarətdir:
Qlükozamin hidroxlorid........200 mq
Xondroitin sulfat ...................150 mq
B6 vitamini................................2 mq
B2 vitamini.............................1.8 mq
B12 vitamini............................3 mkq
B9 vitamini.............................0.2 mq
Gündüz (sarı rəngli) kapsul ibarətdir:
Büxur ağacı ekstraktı ...............200 mq
Sarıkök ekstraktı ........................10 mq
E vitamini ...................................10 mq



Farmakoloji xüsusiyyəti:
Aflexonorm qlükozamin, xondroitin, büxur ağacı, sarıkök, E, B6,B2, B1 , B9 əsasında hazırlanmış yüksək keyfiyyətli qığırdağı və vətərləri bərpa etmək üçün preparatdır.  
Oynaqların qığırdağını bərpa edir, hərəkətini artırır, vətərləri və əzələləri möhkəmləndirir. İltihab prosesini, ödem və ağrı hissini azaldır.
Qlükozamin hidroxlorid  insan orqanizmində sintez olunur, qlükoza və qlutamin turşusunun birləşməsi məhsuludur. Qlükozamin oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Metabolik çatışmazlıq və ya qocalma prosesi ilə əlaqədar orqanizmdə kifayət qədər qlükozamin sintez edilə bilmir. Bu zaman qığırdağın degenerasiyası müşahidə olunur, bu da osteoartritlər və oynaq ağrılarına gətirib çıxarır. Qlükozamin oynaq xəstəliklərin simptomlarının yüngülləşməsi və onların əmələ gəlməsinin profilaktikası məqsədi ilə istifadə olunur. O, müxtəlif təsir effektlərinə malikdir, qığırdaqların dağılmasının qarşısını alır, iltihabı aradan qaldırır və yeni hüceyrələrin əmələ gəlməsini stimulə edir.
Xondroitin-sulfat  qığırdaq toxumasının əsas tərkib hissəsidir. Suyu saxlamaqla qığırdaq toxumasının əmələ gəlməsi və bütövlüyünün saxlanılmasını, oynaqların elastikliyi, davamlığı və hərəkətini təmin edir. Tərkibində qlükuron turşusu vardır ki, bu da oynaq daxilində suyun birləşməsinə, oynaqda hərəkətin üzücü və plastik olmasına, həmçinin kalsium kationlarının və digər mineralların fiksasiyasına şərait yaradır. Eyni zamanda vətərlər və sümüklərin elastikliyini, möhkəmliyini təmin edir.
Büxur ağacı – bitki olub, orqanizmdə oynaqlarda olan iltihabı azaldır. Bu təsiri pro-iltihabi mediatorları, xüsusilə leykotrieni inhibə etməklə əldə edir.
Sarıkök ekstraktı- təsiredici maddəsi kurkumindir. Araxidon turşusunu blokada edərərək iltihabəleyhinə təsir edir. İmmunomoduləedici təsirə də malikdir.
E vitamini antioksidant aktivliyə malikdir. Zülalların (kollagen, fermentlər) sintezini stimulə edir, toxuma tənəffüsünü yaxşılaşdırır. 
B6 vitamini məhdudlaşmış hərəkət, əzələ gərginliyi zamanı ağrı hissini aradan qaldırır.
B2 vitamini zülal, yağ və karbohidrat mübadiləsini yaxşılaşdırır. Mərkəzi və vegetativ sinir sisteminin morfoloji funksiyasına təsir edir. 
B12 vitamini kreatinin, xolin, nuklein turşu və metioninin sintezini artırır, ağrıkəsici effektə malikdir.
B9 vitamini sinir keçiriliyini bərpa edir. Zülal sintezində iştirak edir. Xondrositlərin regenerasiyasında və qığırdağın bərpasında yaxından iştirak edir.
Göstərişləri:
Sümük-oynaq aparatının xəstəliklərinin müalicə və profilaktikası:
  • Artrit, artroz, osteoxondroz, spondilit, sinovit, osteoartrit, koksartroz
  • Oynaqların funksional yüklənməsinin artması (artıq çəki, fiziki yüklənmə)
  • Birləşdirici toxuma xəstəlikləri: revmatizm, revmatoid artrit
  • Bağların və vətərlərin  xəstəlikləri (tendinit və tendovaqinitlər)
  • Radikulit, onurğa yırtığı
  • Sınıq və çıxıqlar,
  • Dəri xəstəlikləri, saç və dırnaqların kövrəkləşməsi və sınması 
Əks göstərişləri:12 yaşa qədər uşaqlar, hamilə qadınlar və süd verən analar.
Əlavə təsirləri: dispepsiya, nadir hallarda allergiya
Qəbul qaydası: səhər yeməyi zamanı 1 sarı kapsul, axşam yeməyi zaman 1 yaşıl kapsul 30-40 gün ərzində bir stəkan su ilə içilir. Kursu 1.5 – 2 ay sonra təkrarlamaq lazımdır.
Buraxılış forması: № 60 ( 30 sarı və 30 yaşıl ) kapsul
İstehsalçı: Vitapharm