Title Image

Təhcizadçı



Recordati


Mərkəzi İtaliyada olan və 1926-cı ildə təsis edilmiş Recordati əsas Avropa ölkələri və Türkiyədə biznes fəaliyyətlərini həyata keçirən beynəlxalq dərman istehsalçıları qrupudur. İtaliyanın Daşınmaz Qiymətlər Birjasında qeydiyyatda olan və dünyanın 135-dən artıq ölkəsində məhsulları satılan Recordati, istehsal və satış-marketinq fəaliyyətləri ilə yanaşı araşdırma-inkişaf sahəsində də işlər həyata keçirir. Bu sahədəki fəaliyyətlərini əsasən kardiovaskular və urologiya, nadir xəstəliklərin müalicəsi istiqamətində həyata keçirməkdədir.
Recordati, Türkiyə bazarına 2008-ci ildə türk şirkəti olan Yeni İlaç-ı satın almaqla daxil olmuşdur. 2011-ci ildə digər bir türk firması olan Dr. F. Frik-i satın alaraq Türkiyədəki fəaliyyətlərini gücləndirən Recordati İlaç Türkiyə dərman bazarına daxil olduğu 2008-ci ildən bəri həm satış sayı, həm də illik gəlir olaraq böyüməni davam etdirməkdədir. Recordati İlaç hal hazırda ümumilikdə 760 işçisi ilə 70 formada 41 adda məhsulun satışını Türkiyə bazarında həyata keçirir. 
Türkiyədəki istehsal imkanlarını genişləndirmək məqsədi ilə 27 may 2014-cü il tarixində Tekirdağ Çerkezköy Organize Sanayi Bölgesində əsası qoyulan yeni istehsal müəssisəsi üçün 50 milyon dollarlıq investisiya yatırmışdır. Bu yatırımla birlikdə 2008-ci ildən bəri Türkiyədəki ümumi investisiya həcmini 255 milyon dollara çatdırmışdır. 
Tikintisi 2015-ci ilin avqust ayında tamamlanan yeni istehsal müəssisəsi 45.032 m²-lik ərazidə yerləşir. Ofis, istehsal, anbar və daşınma sahələri ilə birlikdə bir enerji stansiyası və maye-qatı tullantı filtrləmə mərkəzi və müvafiq texniki avadanlıqlardan ibarətdir və 18.000 m²-lik qapalı sahəni əhatə etməkdədir. Müəssisə, müxtəlif müalicə sahələrində bazara ildə 80 milyon qutu dərman təqdim etmə imkanına malik olmaqla yanaşı oral istifadə olunan qatı, yarım qatı və maye halda olan dərmanların fason istehsalı üçün də yetərli imkana malikdir.
Missiyamız, həyat keyfiyyətini artıran, etibarlı, yenilikci, özünü əlavə dəyər yaradan məhsullar yaratmağa və istehsal etməyə həsr etmiş, insan sağlamlığına fayda verməyi əsas məqsəd kimi müəyyən etmiş beynəlxalq dərman qrupu olmaqdır.
Gələcəyə baxışımız, insan sağlamlığını qorumağı əsas alan yanaşması ilə dərman sektorunda sürətlə böyüyən, istehlakçılar tərəfindən seçilən, etibarlı və aparıcı şirkət olmaqdır.