Title Image

Təhcizadçı



Polpharma


Polpharma, Polşanın ən böyük dərman və aktiv dərman maddələrinin istehsalçısıdır. Şirkət 1935-ci ildə təsis edilib və yalnız 2000-ci ildə Polşa kapitalı yardımı ilə özəlləşdirilib. Bu hadisə dinamik inkişafa və əhəmiyyətli investisiyalara səbəb oldu. Hal-hazırda Polpharma Mərkəzi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bazarlarında aparıcı beynəlxalq dərman şirkətidir. Polşa və beynəlxalq bazarlarda təxminən 7,500 nəfər işçisi olan şirkətdir.

Polpharmanın Litva, Ukrayna, Belarus, Azərbaycan və Özbəkistanda ofisləri var. Şirkət İspaniya şirkəti "Pharmaprojects" ilə digər ölkələrdə qeydiyyat sahəsində də strateji əməkdaşlığı davam etdirir. Polpharma məhsulları dünyanın 50-dən çox ölkəsində satılır.

Polpharma Group-un məhsul portfeli təxminən 600 dərman ehtiva edir və təxminən 400 dərmanın istehsalı gözlənilir. Şirkət stasionar müalicədə istifadə olunan reseptli dərman və dərman vasitələrinin geniş çeşidini istehsal edir. Polpharma şirkəti ürək, qastroenteroloji və nevroloji xəstəliklər üçün istifadə olunan dərmanların istehsalında ixtisaslaşıb. Over-the-counter (OTC) dərmanları şirkətin istehsalının böyük hissəsini təşkil edir. Hal-hazırda strateji məqsədini həyata keçirən şirkət öz tərəfdaşları və öz tədqiqat və inkişaf mərkəzlərinin, eləcə də patentləşdirilmiş bioloji dərman vasitələrinin istehsalı üzrə zavodların açılması ilə biyofarmasevtik bazarına daxildir.

İstehsal, Yaxşı İstehsalat Təcrübəsi (GMP) tələblərinə cavab verən müasir fabriklərdə həyata keçirilir. Şirkət məhsulların, işçilərin və ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün son texnologiyadan istifadə edir. Polpharma, xəstələrin ehtiyaclarını təhlükəsiz və effektiv şəkildə yerinə yetirmək üçün imkan verən farmakologiya sahəsində yeni həllər tətbiq etməyə davamlı çalışır. Şirkət öz fəaliyyətinin hər sahəsində innovativ ideyaları birləşdirir. 2011-ci ildə şirkət Polşada yenilikçi şirkətlərin sıralamasında birinci olub.

Şirkətin şüarı: "İnsanlar insanlara qayğı göstərirlər". Şirkətin strategiyasının tərkib hissəsi sosial məsuliyyət hissidir. Şirkət çoxsaylı sosial və təhsil tədbirlərini təşkil edir və sağlam həyat tərzini təbliğ edir. 2001-ci ildən etibarən Polpharma Elmi Fondu fəaliyyət göstərir və bu, əczaçılıq və tibb sahəsində ən maraqlı elmi tədqiqatları maliyyələşdirir.