Title Image

Təhcizadçı



Helba


1995-ci ildən fəaliyyət göstərən WELFAR Group şirkətinin bir hissəsi olan "Helba İlaç Limited Şirketi", 2007-ci ildən etibarən Türk dərman sektorunda inkişafa açıq,idarəetmə yanaşması ilə fəaliyyət göstərir. Helba Dərman, səhiyyə dərmanları, qida əlavəsi, tibbi vasitə və kosmetik məhsulların araşdırma-inkişaf işlərini görmək, yaratmaq, Türkiyə və xarici bazarlarda, məhsulların fəal satışının təşkil olunmasını təmin etmək sahəsində strateji əhəmiyyəti olan bir şirkətdir.
Dünya səviyyəsində 20 yaxın ölkədə, 500-dən artıq təhsilli işçi sayıyla beynəlxalq dərman şirkəti olan Helba İlaç, istehsala ilk başladığı gündən etibarən, insana və insan sağlamlığına əhəmiyyət verən, istifadə etdiyi qabaqcıl texnologiyaya sahib istehsal müəssisələriylə, keyfiyyəti həyat fəlsəfəsi olaraq qəbul edən, Türkiyənin aparıcı dərman vasitəsi istehsalçılarından biridir.
2014-ci ildən etibarən Helba İlaç, GMP sertifikatına malik olan dərman istehsal sahəsinə sahib, araşdırma-inkişaf fəaliyyətlərini edən, yeni dozaj formalarının inkişaf etdirilməsi daxil, generik dərman maddələrinin istehsalını  da əhatə edən, qeydiyyat  və dərman istehsal proseslərində xidmət verən Argis İlaç şirkətinin ortaqlığını aldı. Argis İlaç, 2006-ci ildə təsis edilib. Şirkət, insanlar üçün dərman, qida və kosmetik sahəsində məhsul inkişaf etdirmə və hazırlanması işləri, sabitlik dizaynı və işləri, klinikaya dərman hazırlama və orijinal məhsul təmini və in-vitro f2-f1 uyğunlaşma işləri, patent araşdırma və şərh etmə, fason istehsal məsləhətçiliyi, pilot istehsal dizaynı və idxal müqavilələrin yerli emalata adaptasiyası xidmətini verməkdədir.
Məhsul inkişaf etdirilməsində və keyfiyyət nəzarətində GMP və GLP standartlarında bütün texniki qurğulara malikdir. Şirkət, fason istehsalda məhsul keyfiyyəti və etibarlılığı ilə bərabər müştəri mənnuniyyəti nəzərə alınaraq, məhsulun dozaj formasına uyğun, razılaşmalı bir çox fason istehsal müəssisələrinə malikdir.