Talert sirop
Tərkibi:
Hər 1 ml siropun tərkibində 1 mq setirizin dihidroxlorid vardır
Farmakoterapevtik qrupu:
Allergiya əleyhinəantihistamin preparat
Farmakoloji xüsusiyyətləri:
Talert (setirizin) aktiv farmakoloji dozalarda sedativ effekt vermir, H1-histamin reseptorlarının selektiv antaqonisti olduğundan praktiki olaraq antixolinergik və antiserotonin təsirləri yoxdur.
Antihistamin, qaşınmaəleyhinə və antiekssudativ təsirlərə malikdir. Tosqun hüceyrələrin membranını stabilizə edir. Allergik reaksiyaların erkən mərhələsinə təsir edir, iltihab hüceyrələrinin miqrasiyasını azaldır; allergik reaksiyaların gecikmiş mərhələsində ifraz olan mediatorların xaric olmasını ləngidir. Kapilyar keçiriciliyini azaldaraq toxuma ödeminin qarşısını alır, saya əzələrinin spazmını aradan götürür. Bronxial astmalı xəstələrdə bronxial ağacın histaminın ifrazına qarşı yaranan hiperreaktivliyini azaldır. Müalicə kursu zamanı tolerantlıq yaranmır və müalicə dayandırıldıqdan sonra 3 gün ərzində təsiri saxlanılır.
Farmakokinetikası:
Talert qəbul etdikdən sonra mədə-bağırsaq traktından tez və yaxşı sorulurur. Maksimal konsentrasiya səviyyəsi 40-60 dəqiqədən sonra qeyd olunur. Qida qəbulu absorbsiyaya nəzərəçarpacaq dərəcədə təsir etmir, lakin bu zaman sorulma sürəti azalır. Setirizinin qan plazması zülalları ilə birləşməsi 93% təşkil edir. Preparat hematoensefalik baryeri keçmir. Qaraciyərdə zəif metabolizmə uğrayaraq qeyri-aktiv metabolit əmələ gətirir. Təxminən 70% dəyişilməmiş şəkildə böyrəklər, 10% nəcis kütlələrilə xaric olur.Ümumi sistem klirensi 54ml/dəq təşkil edir. Yarımparçalanma dövrü 11 saatdır.
Göstərişləri:
·Mövsümi xarakter daşıyan və ilboyu davam edən allergik rinit (simptomatik terapiya)
·Övrə (o cümlədən idiopatik)
·Səpgi və qaşınma ilə müşahidə olunan müxtəlif dermatozlar (atopik dermatit, neyrodermit)
·Allergik konyuktivit
·Pollinoz
·Bronxial astma
Doza və qəbul qaydası:
Yaş | Dozalanma |
0-2 | 2.5 ml * 1dəfə |
2-6 | 2.5 ml * 2 dəfə |
6-12 | 5.0 ml*2dəfə |
12 yaşdan yuxarı və böyüklərə | 10 ml*1 dəfə |
Əlavə təsirləri:
Talertmənimsənilir. Nadir hallarda baş ağrısı,dispepsiya.
Əks göstərişləri:
Setirizinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü.
Buraxılış forması:
120 ml sirop
İstehsalçısı: AO SOFARMA, Sofiya, Bolqarıstan.