Title Image

Məhsullarımız



Talert tablet


Tərkibi: hər tabletin 
Setirizin dihidroxlorid -10 mq

Farmakoloji xüsusiyyətləri:Talertin əsas tərkib hissəsi olan setirizin dihidroxlorid periferik  H1 histamin reseptorlarının selektiv  inhibitorudur. Ekzogen histaminin 
fizioloji və patofizioloji təsirlərini ingibə edərək, kapilyarların keçiriciliyini azaldır. Allergiyanın əsas simptomları olan ödem,məxmərək,hipemiyanı, qaşınma və ağrını aradan qaldırır. Tənəffüs və mədə-bağırsaq traktının saya əzələ toxumasının yığılma prosesini zəiflədir. Vazoaktiv intestinal polipeptidlər (VİPvə P maddələrlə (allergik reaksiyalarda iştirak edən polipeptidlər) induksiya olunandəri reaksiyalarının qarşısını alır. Talert allergiyanın erkən histamindən  asılı mərhələsini ingibə edir. İltihab mediatorlarının – eozinofillərin miqrasiyasını azaldaraq atopik reaksiyanın gecikmiş fazasının mediatorlarının sintezini tormozlayır.Talert spesifik allergenlər tərəfindən törədilmiş  bronxial astma və allergik reaksiyalı xəstələrdə bronxların histaminə qarşı hiperaktivliyinizəiflədir. 

Farmakokinetikası: Talert sedativ və xolinolitik təsirə malik deyil. Daxilə qəbuldan 1 saat sonra plazmada Cmax çatır. Qanın zülalları ilə davamlı birləşir. Yarımçıxma dövrü  böyüklərdə 11 saat, 6 -12 yaşlı uşaqlarda isə 6 saatdır. Preparatın xaric olunan hissəsi  böyüklər və uşaqlarda  qəbul olunan dozanın 2\3 hissəsidir. Plazmada klirens uşaqlarda daha yüksəkdir. Eliminasiya isə böyüklər və uşaqlarda eynidir. Terapevtik dozada Talert hematoensefalik  baryerdən keçmir.

Göstərişləri:

  • Pollinoz (mövsümi allergik rinitlər və konyuktivitlər)
  • Xroniki allergik rinit
  • Allergik qaşınma
  • Məxmərək

İstifadə qaydası və dozalanması:Preparatın qəbulu qidadan asılı deyil. Müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən və lokalizasiyasından asılı olaraq  təyin olunur. Xəstəliyin simptomları gecə daha kəskin  şəkildə müşahidə olunduğundan preparatın adətən, axşam yeməkdən sonra qəbulu tövsiyyə edilir. Sutkalıq dozanı  gündə  2 dəfəsəhər və axşam  da qəbul etmək olar.

12 yaşdan yuxarı uşaq və böyüklər:1 tabletdən gündə 1 dəfə;

2- 12 yaşlı uşaqlar: ½ tabletdən gündə  1 dəfə qəbul olunur.

Əlavə təsirləri: Nadir halda başağrı,başgicəllənmə, yuxululuq, həyəcan,ağızda quru luq,dispepsiya müşahidə oluna bilər.

Əks –göstərişləri:Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq, 
hamiləlik və laktasiya dövrü

Buraxılış  forması: Talert, tablet 10 mq N20