Title Image

Məhsullarımız



Stresonorm


Tərkibi: 

1 “gecə” kapsulda:
Eşşolsiya ekstraktı...........................100 mq
Passiflora ekstrakti............................55 mq
Rutin....................................................5 mq
Kalsium qopanten................................5 mq
1 “gündüz” kapsulda:
Damotu ekstraktı...........................40 mq
Dazı ekstraktı................................40 mq
İstiotlu nanə ekstraktı....................20 mq
Rutin................................................8 mq
Vitamin B6.......................................2 mq
Vitamin B1....................................1,5 mq

Farmakoloji təsirləri:

Stresonorm kombinə olunmuş sedativ preparat olub, tərkibi bitki ekstraktları kompleksi, B qrupu vitaminlər, rutin və kalsium qopantendən ibarətdir. Stresonorm geniş təsir spektrinə malikdir, effektiv sedativ və neyrotrop təsir göstərir.
“Gündüz” kapsulu – həyəcan və sinir gərginliyini azaldır, yaddaşı, diqqət və konsentrasiyanı yaxşılaşdırır.
“Gecə” kapsulu – yuxunun keyfiyyətini yaxşılaşdırır, spazmolitik, antiaritmik, hipotenziv təsir göstərir.

Damotu ekstraktı – sakitləşdirici təsir effekti mərkəzi sinir sistemində tormozlanma proseslərini artırması, oyanma proseslərini isə azaltması xüsusiyyətinə əsaslanır. Sedativ, spazmolitik təsir göstərir, arterial təzyiqi aşağı salır. Yuxuya getməni asanlaşdırır, yuxunu dərinləşdirir. Öyrəşmə halı və psixi asılılıq yaratmır.

Dazıotu ekstraktı – antidepressant, anksiolitik və sedativ təsirlər göstərir. Mərkəzi və vegetativ sinir sisteminin funksional vəziyyətini normallaşdırır. 

İstiotlu nanə ekstraktı – sakitləşdirici, spazmolitik, damargenəldici təsirlərə malikdir.

Rutin – angioprotektor maddədir, əsasən kapillyar və venalara təsir göstərir. Damarların keçiriciliyi azaldaraq qan dövranını yaxşılaşdırır. Ödeməleyhinə təsirə də malikdir.
B1 vitamini (benfotiamin) – sinapslarda impulsun ötürülməsində vacib rol oynayır. Hüceyrə membranlarını sərbəst radikalların təsirindən qoruyur. B6 vitamini (piridoksin hidroxlorid) – serotonin, histamin, adrenalin və digər neyromediatorların sintezində koferment qismində iştirak edir. 

Kaliforniya eşşolsiyası (laləsi) ekstraktı - tərkibində alkaloidlər, flavanoidlər və mineral maddələr var. Yüngül sedativ, yuxugətirici effekt göstərir. Yuxuya getmə vaxtını azaldır, yuxunun keyfiyyətini yaxşılaşdırır. Güclü spazmolitik təsirlərə malikdir. 

Passiflora ekstraktı – sakitləşdirici təsir effekti tərkibinə daxil olan flavanoidlər kompleksi - viteksin, hiperozid, rutin ilə əlaqədardır. Sinir sistemi funksiyalarının pozulmaları zamanı istifadə olunur. Depressiyanı, psixi gərginliyi, həyəcanı aradan qaldırır, sedativ və zəif yuxugətirici təsirlərə malikdir. Stress və həyəcan hallarında, yuxu pozğunluğu, klimakterik və preklimakterik dövrdə istifadəsi tövsiyyə olunur.

Kalsium qopanten – nootrop təsirə malikdir, beyin toxumasının hipoksiyaya və toksiki maddələrə dözümlülüyünü artırır. Zəif sedativ və qıcolmaəleyhinə təsirə malikdir, motor oyanıqlığı azaldır.

Göstərişləri:
·Mərkəzi sinir siteminin yüksək oyanıqlığı, stress
·Əsəbilik, nevroz, nevrosteniya
·Yaddaş pozğunluğu və diqqətin zəifləməsi
·Fiziki və əqli yorğunluq
·Menecer sindromu
·Psixoemosional gərginlik və onla əlaqədar başağrıları
·İnsomniya (yuxu pozğunluğu) 
·Neyrosirkulyator distoniya (hipertenziv tip)
·Miqren, 
·Dismenoreya və klimakterik sindrom
·Kardionevroz, nevrotik aritmiyalar
·Qaşınan dermatozlar, övrə və ekzema

Qəbul qaydası və dozalanma: 
12 yaşdan böyük uşaqlara və böyüklərə  1 “gündüz” kapsulu (sarı rəng) səhər yeməyi zamanı, 1 “gecə” kapsulu (yaşıl rəng) yatmazdan əvvəl. Müalicə kursu 2-4 həftə.

Buraxılış forması:  60 kapsul (“gündüz sarı kapsul” №30 , “gecə yaşıl kapsul” №30)

Əlavə təsirləri: Nadir hallarda allergik reaksiya

Əks göstərişləri: Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq. 12 yaşdan kiçik uşaqlar. Hamiləlik, laktasiya

İstehsalçı: “Vitapharm ”, Moldova