Title Image

Məhsullarımız



Romazik 20 mq


Tərkibi: 
Romazik 10 mq- 10 mq rozuvastatin
Romazik 20 mq-10 mq rozuvastatin
Romazik 40 mq-10 mq rozuvastatin

Farmakoterapevtik qrupu:
HMQ-KoA reduktazanın inhibitorları.

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası:
Romazik 3-hidroksid-3-metilqlutaril-koenzim A -nı  sterolların (xoleterin daxil olmaqla) sələfi olan mevalon turşusuna çevirən HMQ-KoA-reduktaza  fermentinin rəqabət zəminli selektiv inhibitorudur. Romazikin effektinin həyata keçməsinin əsas yeri - xolesterinin səviyyəsinin azalması üçün hədəf orqan - qaraciyərdir . 
Romazik qaraciyərdə hüceyrə səthinin üzərində ASLP reseptorlarının sayını artırır, bununla belə ASLP udulmasını və katabolizmini artırır; həmçinin preparat qaraciyərdə çox aşağı sıxlıqlı lipoproteinlərin (ÇASLP) sintezini inhibə edərək, ASLP və ÇASLP hissəciklərin ümumi miqdarını azaldır.
Farmakokinetikası:
Plazmada rozuvastatinin maksimal konsentrasiyaları peroral qəbuldan təxminən 5 saat sonra qeyd olunmuşdur. Tam biomənimsənilməsi təxminən 20% təşkil edir. Romazik təqribən 90%-i plazma zülalları ilə birləşir, əsasən albuminlə. 
Romazik metabolizmə çox az uğrayır (təqribən 10%).  İnsan hepasitləri istifadə etməklə metabolizmin in vitro müayinələri göstərdi ki, rozuvastatin  P450 sitoxromun iştirakı ilə metabolik reaksiyalar üçün pis substratdır. 
Romazikin  qəbul olunmuş dozasının təxminən 90%-i dəyişilməmiş şəkildə nəcislə xaric olur (sorulmuş və sorulmamış təsiredici maddə daxil olmaqla), qalan hissəsi isə sidiklə xaric olur. Təxminən 5%-i dəyişilməmiş şəkildə sidiklə xaric olur. Plazmadan yarımxaricolma dövrü təxminən 19 saat təşkil edir. 
Göstərişləri:

  1. Hiperxolesterinemiyanın müalicəsi
  2. Yalnız pəhrizə və qeyri-medikamentoz müalicəyə qarşı qeyri-kafi cavab olduğu halda (məsələn, fiziki məşğələlər, bədən kütləsinin azalması və s.) 
  3. Birincili hiperxolesterinemiya 
  4. II a tipli, heteroziqot ailəvi hiperxolesterinemiya 
  5. Qarışıq dislipidemiya ilə (II b tipli) pəhriz və digərqeyri-medikamentoz müalicə üsulları kifayət etmədikdə  
  6. Ailəvi homoziqot hiperxolesterinemiya 
  7. Ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsi zamanı
Əks göstərişlər:
Rozuvastatinə qarşı və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslığı olan xəstələrdə 

Qarşılıqlı təsir göstərən preparatın istifadə sxemiRozuvastatinin istifadə sxemi
Siklosporin sutkada 2 dəfə 75 mq-200 mq, 6 aySutkada 1 dəfə10 mq, 10 gün
Atazanavir 300mq/ritonavir 100 mq sutkada 1 dəfə, 8 gün10mq birdəfəlik doza
Lopinavir 400 mq/ritonavir 100 mq sutkada 2 dəfə, 17 gün20mq sutkada 1 dəfə, 7gün
Hemfibrozil 600 mq sutkada 2 dəfə, 7gün80 mq birdəfəlik doza
Eltrombopaq 75mq sutkada 1 dəfə, 10gün10 mq birdəfəlik doza
Darunavir 600 mq/ritonavir 100 mq sutkada 2 dəfə, 7gün10mq sutkada 1 dəfə,7 gün
Tipranavir 500 mq/ ritonavir 200 mq sutkada 2 dəfə, 11gün10 mq birdəfəlik doza
Dronedaron 400 mq sutkada 2 dəfəMəlumat yoxdur
İntrakonazol 200 mq sutkada 1 dəfə, 5gün10 mq birdəfəlik doza
Ezetimib 10 mq sutkada 1 dəfə, 14 gün10 mq sutkada 1 dəfə, 14 gün
Fosamprenavir 700 mq/ ritonavir 200 mq sutkada 2 dəfə, 8gün10 mq birdəfəlik doza
Aleqlitazar 0,3mq, 7gün40 mq 7 gün
Silimarin 140 mq sutkada 3 dəfə, 5 gün10 mq birdəfəlik doza
Fenofibrat 67 mq sutkada 3 dəfə, 7 gün10 mq 7 gün
Rifampisin 450 mq sutkada 1 dəfə, 7gün20 mq birdəfəlik doza
Ketokonazol 200 mq sutkada 2 dəfə,7gün80 mq birdəfəlik doza
Flukonazol 200 mq sutkada 1 dəfə,11gün80 mq birdəfəlik doza
Eritromisin 500 mq sutkada 4 dəfə, 7gün80 mq birdəfəlik doza
Baykalin 50mq sutkada 3 dəfə, 14 gün20 mq birdəfəlik doza
Uşaqlar: Digər dərman vasitələri ilə qarşılıqlı təsirin tədqiqatları yalnız böyüklərin iştiraki ilə keçirilmişdir. Uşaqlarda qarşılıqlı təsirin intensivliyi tədqiq olunmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi: Preparatı istifadə etməyə başlamazdan əvvəl, həkimlə məsləhətləşmək lazımdır. Rozuvastatinin hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

İstifadə qaydası və dozası: Romazik qida qəbulundan asılı olmadan  sutkanın hər bir vaxtında istifadə edilir.
6 yaşdan 17 yaşa qədər  uşaqlar və yeniyetmələr (Tanner şkala üzrə II-V aşağı) 5-10 mq gündə 1 dəfə. 
Böyüklərə patologiyadan asılı olaraq 10 mq, 20 mq, 40 mq tabletdən gündə 1 dəfə.

Romazik preparatın dozasının qəbulu buraxılarsa: Əgər preparat təyin olunmuş vaxtda qəbul olunmazsa, onu mümkün qədər tez bir vaxtda qəbul etməli (əgər preparatın növbəti qəbuluna xeyli vaxt qalıbsa) və ya preparatın müntəzəm qəbulunu davam etdirmək lazımdır. Buraxılmış dozanı əvəzetmək üçün ikiqat doza qəbul olunmamalıdır.

Əlavə təsirləri: Trombositopeniya, hiperhəssaslıq reaksiyaları, baş ağrısı, başgicəllənmə, qəbizlik, ürəkbulanma, qarında ağrılar, qaşınma, səpgi, övrə.

Buraxılış forması: 10 tablet olmaqla  3 blister içlik vərəqə ilə birlikdə  karton qutuya qablaşdırılır.

İstehsalçı:  Polfarma Əczaçılıq Müəssisəsi SC, Polşa.