Title Image

Məhsullarımız



Ranigast


Tərkibi:
Ranitidin.....0,5 mq/ml

Farmakoloji xüsusiyyətləri:
2 nəsil H2-histamin reseptorlarının blokatorudur. Onun təsir mexanizmi mədənin selikli qişasında parietal hüceyrələrin membranında yerləşən  H2-histamin reseptorlarının blokada etməsi ilə izah olunur. Mədə turşusunun gecə və gündüz, bazal və stimuləedici sekresiyasını, hormonların və biogen stimulyatorların ( qastrin, histamin, asetilxolin) təsiri altında olan qida yüklənməsi ilə əlaqədar olan mədənin genəlməsi zamanı mədə seliyinin həcmini azaldır. Sitoxrom P 450 ilə əlaqəli olan qaraciyər fermentlərinə təsir  etmədən mədə seliyində HCL azalmasına gətirib çıxarır. Pepsinin aktivliyini azaldır. Qan zərdabında Ca2+ konsentrasiyasına təsir etmir. Hipofiz hormonlarının ifrazına təsir etmir. Antiandrogen effekti göstərmir, kortizolun, aldosteronun, estrogenlərin, androgenlərin, spermatazoidlərin hərkiliyinə, spermanın miqdarına təsir göstərmir. Mədənin selikli qişasının təbii mexanizmlərini bərpa edir, mədə seliyinin əmələ gəlmə hesabına, hidrokarbonatın selikli qişada sintezinin stimulyasiya edilməsi və reqenerasiyanın sürtələnməsi ilə, Pg endogen sintezinin artmasına görə  HCl təsiri altında əmələ gələn zədələnmələrin qarşısını alır. 150 mq dozada mədə şirəsinin əmələ gəlməsini 8-12 saat ləngidir. Mikrosomal fermentləri inhibə edir.

Göstərişləri:
-12 barmaq bağırsaq və mədə xorasının müalicə və profilaktikası
-QSİƏqastropatiyası
-Mədə şirəsinin hipersekresiyası
-Simpomatik xoralar
-Stress xoraları
-Eroziv ezofaqit
-Zolinger-Ellison sidnromu
-Poliendokrin adenomatoz
-Refluks-ezofaqit
-Revmatoid artrit (kompleks müalicədə)

İstifadə qaydası:
Preparat v/d infuziya şəklində istifadə olunur. Damcı şəklində preparat 15-20 dəqiqə ərzində 50 mq dozada 5-7 ml/dəq sürətlə yeridilir. Ehtiyac olan hallarda 6-8 saat sonra yeridilməni təkrarlamaq olar. Preparat həmçinin v/d damcı şəklində 6,25 mq/saat sürətlə yeridilə bilər. Sutkalıq doza 400 mq aşmaq məsləhət deyil.
Böyrək çatmamazlığı olan xəstələrdə (kreatinin klirensi 50 ml/ dəq aşağı) dozanı yarı azaltmaq lazımdır. 
Qida qəbulu preparatın v/d yeridilməsinə təsir göstərmir.

Əks göstərişləri:
Preparatın tərkibinə qarşı yüksək həssaslıq. 

Əlavə təsirləri:
Nadir hallarda diareya və ya qəbizlik, baş ağrısı, yorqunluq hissi, dəridə səpkilər əmələ gətirə bilər

Buraxılış forması:
Məhlul 100ml

İstehsalçı:
Polpharma, Polşa