Title Image

Məhsullarımız



Pulmolor sprey


Farmakoloji qrupuyuxarı tənəffüs yolları və ağız boşluğunun infeksion iltihabi xəstəlikləri əleyhinə təbii tərkibli sprey.

Tərkibi:
1. Kəklikotu otunun ekstraktı (Thymus serpyllum) – 12.5 mq
2. Mixək tumurcuğunun ekstraktı (Syzygium aromaticum) – 6.25 mq
3. Darçın qabığının ekstraktı (Cinnamomum zeylanicum) – 3.0 mq
4. Propolis – 2 mq
5. Etil spirti – 20%
6. Qliserin – 10 qr.

Farmakoloji təsiri:

Kəklikotu otunun ekstraktı – antibakterial, iltihab əleyhinə, spazmolitik, qızdırmasalıcı təsir göstərir, selikli qişaların regenerasiyasını sürətləndirir.

Mixək tumurcuğunun ekstraktı – bakterisid, göbələk əleyhinə, ağrıkəsici, spazmolitik təsir göstərir, ağız boşluğu və boğazda olan yaraların sağalmasını sürətləndirir.

Darçın qabığının ekstraktı – iltihab əleyhinə təsir edir, ağız boşluğu və boğazda olan qızartı, şişkinlik və ağrını azaldır. Antibakterial və antivirus təsir xüsusiyyətlərinə malikdir.

Propolis – selikli qişalarda olan ağrı reseptorlarını blokada edir, ağrıkəsici və anestetik təsir göstərir, bakterisid, virus əleyhinə, iltihab əleyhinə və ümumi tonuslandırıcı effekt verir.

Qliserin – ağız boşluğu və udlağın selikli qişalarında olan iltihabi ərpi yumşaldır, quruluğun qarşısını alır.

Etil spirti – antiseptik, büzücü təsir göstərir, selikli qişalara düşən mikroorqanizmlərin çoxalmasının qarşısını alır.

Pulmolor sprey - Yuxarı tənəffüs yolları və ağız boşluğunun selikli qişasına antibakterial, antivirus, göbələk əleyhinə təsir göstərir, ağrı, qızartı, şişkinlik kimi iltihab əlamətlərini aradan qaldırır. Selikli qişaların yerli baryer funksiyasını gücləndirir. Qızdırmasalıcı, spazmolitik, regenerasiyaedici təsir göstərərək yaraların sağalmasını sürətləndirir.

İstifadəsinə göstərişlər:
Kəskin və xroniki tonzillit
Faringit
Laringit
Gingivit
Qlossit
Parodontoz
Kataral, aftoz və xoralı stomatitlər
Ağız boşluğunun göbələk xəstəlikləri
Ağız boşluğu və boğazın gigiyenası.

Əks göstərişlər:
Preparatın hər hansı komponentinə qarşı allergik reaksiya, 2 yaşa qədər uşaqlar.

İstifadə qaydası:
2-12 yaşlı uşaqlara gündə  3-4 dəfə 1-2 püskürtmə, 12 yaşdan yuxarı və böyüklərə gündə 3-4 dəfə 2-4 püskürtmə yeməkdən sonra istifadə olunur. Preparatın istifadəsindən sonra 30 dəqiqə ərzində qida və maye qəbulu tövsiyə olunmur. Müalicə müddəti 7-10 gündür.
Ağız boşluğu və boğazın gigiyenası məqsədilə gündə 1-2 dəfə 1-2 püskürtmə istifadə olunur.
Preparatın hamiləlik və südvermə dönəmində tətbiqi araşdırılmayıb. 

Buraxılış forması: 30 ml-lik şüşə flakonda sprey – başlıqla və istifadəsinə dair təlimatla birlikdə karton qablaşdırmada.

Saxlanma qaydası: sərin və qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

Yararlılıq müddəti: 18 ay
Yararlılıq müddəti bitmiş preparatdan istifadə olunmamalıdır.

Sifarişçi: Abc pharm

İstehsalçı: Herba Flora,