Title Image

Məhsullarımız



Pulmolor sirop


Tərkibi: 
(Hər 100 ml məhlulun tərkibi)
Gülxətmi kökünün qatı ekstraktı (Althaeae)------------------- 60 mq
Şirin biyan kökünün qatı ekstraktı (Glycyrrhíza)-------------- 60 mq
Razyana meyvələrinin distillatı (Foeniculum)----------------- 4 q
Sürvə yarpaqlarının qatı ekstraktı (Sálvia)---------------------- 30 mq

Əlavə inqredientlər: şəkər siropu, pektin, propilen qlikol, natrium benzoat, təmizlənmiş su.

Farmakoloji xüsusiyyətləri:

Pulmolor tərkibindəki bitkilərin hesabına öskürəkəleyhinə, bəlğəmgətirici, mukolitik, iltihabəleyhinə təsirlərə malikdir.

Gülxətmi kökünün qatı ekstraktının – bəlğəmgətirici, öskürəkəleyhinə, bürüyücü, yumşaldıcı və iltihabəleyhinə təsiri bilavasitə, tərkibindəki bitki mənşəli selik, pektin ilə bağlıdır. Bu maddələr yuxarı və aşağı tənəffüs yollarının selikli qişalarının səthini uzun müddətə nazik təbəqə şəklində örtərək, onların qıcıqlanmasının qarşısını alır. Nəticədə, öskürək simptomları azalır. Gülxətmi spazmolitik təsiri sayəsində bronxlardan bəlğəmin ifraz olunmasını asanlaşdırır.

Şirin biyan kökünün qatı ekstraktı – bəlğəmgətirici, ağrıkəsici, spazmolitik, iltihabəleyhinə təsir göstərir. Aktiv komponenti olan saponinlər tənəffüs yolları epitelinin sekretor fəaliyətini artıraraq bəlğəmi durulaşdırır. Yerli olaraq ağız boşluğunda stafilokokları məhv edir. Quru öskürək zamanı bronxları bürüyür və bəlğəm əmələ gətirərək öskürəyi yumşaldır.

Razyana meyvələrinin distillatı – tərkibindəki yağlar öskürəkəleyhinə təsir edir. Soyuqdəymə nəticəsində baş verən tənəffüs yollarının iltihabi xəstəliklərində istifadə olunur. Bronxların saya əzələlərinin spazmını aradan qaldırır. Razyana meyvələrinin distillatı, xüsusən yumşaldıcı efir yağları ilə zəngindir, bronxların mənfəzini bürüyür, yumşaldıcı təsir edir.

Sürvə yarpaqlarının qatı ekstraktı - efir yağları, turşular, mikroelementlər ilə zəngindir. Sürvə yarpaqları antibiotikəbənzər salvin adlı maddə ilə zəngindir. Salvin tənəffüs yollarına antibakterial, antifunqal, mukolitik təsir göstərir. Sürvə yarpaqları bronxların selikli qişasının qan dövranını artırır, spazmolitik təsir edir.

İstifadəsinə göstərişlər:

  • KRVİ zamanı yaranan bəlğəmli və quru öskürək
  • Faringit, laringit, traxeit
  • Aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri:
    • Kəskin və xroniki bronxit
    • Bronxial astma, pnevmoniya
    • Bronxoektatik xəstəlik
  • Ağciyər vərəmi
  • Mukovissidoz (ağciyər forması)
  • Tütün çəkmə zamanı
Əks göstərişləri: Vasitənin tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozalanması:
2-6 yaş  uşaqlara 2,5-5 ml gündə 2dəfə
6-12 yaş uşaqlara 5-7,5 ml gündə 3 dəfə
12 yaşdan böyük uşaqlara və böyüklərə 7,5-10 ml gündə 3 dəfə tövsiyə olunur.
Qəbul olunan sutkalıq dozanı həkim individual olaraq dəyişdirə bilər.

Buraxılış forması:
Flakonda 100 ml şərbət içlik vərəqəsi ilə birgə karton qutuda qablaşdırılmışdır.

Saxlanma qaydası:
250C-dən aşağı temperaturda, işıqdan və rütubətdən qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Dərman vasitəsi deyil.

Yararlılıq müddəti: Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

Aptekdən buraxılma şərti:  Reseptsiz buraxılır.