Title Image

Məhsullarımız



Procolic


Procolic 100 ml sirop
Farmokoloji qrupu: köp əleyhinə, spazmolitik, həzmi tənzimləyici təbii vasitə.

Tərkibi:
Şüyüd meyvəsinin distillatı (Anethum graveolens) – 18.6 ml
Zirə meyvəsinin distillatı (Carum carvi) – 9.3 ml
Darçın qabığının distillatı (Cinnamomum zeylanicum) – 9.3 ml
Nanə yarpağının distillatı (Mentha piperita) – 9.3 ml
Qaraqınıq otunun distillatı (Origanum vulgare) – 9.3 ml.

Farmokoloji təsiri:

Şüyüd meyvəsinin distillatı – tərkibində olan efir yağları sayəsində mədə-bağırsaq sisteminin peristaltikasını normallaşdırır, spazmolitik təsir edərək bağırsaq sancılarını aradan qaldırır, həzmi yaxşılaşdırır və bağırsaqlarda qazların əmələ gəlməsinin qarşısını alır, toplanan qazların xaric olmasını asanlaşdırır.Bununla da köp əleyhinə və həzmi tənzimləyici effekt verir.
Zirə meyvəsinin distillatı – bağırsaqlarda qıcqırma prosesini zəiflədərək qazların əmələ gəlməsinin və toplanmasının qarşısını alır. Həzm vəzlərinin sekresiyasını və bağırsaqların peristaltikasını normallaşdırır, bağırsaq sancılarını azaldır. Antiseptik və iltihab əleyhinə effekt verir.

Darçın qabığının distillatı – həzm vəzlərinin sekresiyasını sürətləndirir, həzmi yaxşılaşdırır, mədə və bağırsaqlarda qazların əmələ gəlməsini azaldır, öd yollarının və bağırsaqların spazmını azaldaraq, sancıların qarşısını alır.

Nanə yarpağının distillatı – tərkibində olan mentol efir yağı sayəsində spazmolitik, sakitləşdirici, həzmedici, ağrıkəsici təsir göstərir, ürəkbulanma və qusmanı azaldır, bağırsaq spazmlarını aradan qaldırır, meteorizmin qarşısını alır, həmçinin mədə və bağırsaqların selikli qişasına iltihab əleyhinə təsir göstərir.

Qaraqınıq otunun distillatı – bağırsaqların peristaltikasını normallaşdıraraq qazların xaric olmasını sürətləndirir, qəbizliyin qarşısını alır, mədənin və mədəaltı vəzin sekresiyasını artıraraq çətin həzm olunan qidaların həzmini asanlaşdırır. Antibakterial, iltihab əleyhinə, sakitləşdirici effekt verir, sinir mənşəli mədə-bağırsaq spazmlarını azaldır.
Procolic– tərkibində olan bitki komponentləri hesabına həzm vəzlərinin  sekresiyasını aktivləşdirir, həzmi sürətləndirir, bağırsaqlarda qıcqırma proseslərinin və qazların əmələ gəlməsinin  qarşısını alır. Mədə-bağırsaq sisteminin peristaltikasını tənzimləyərək qazların bağırsaqlardan xaric olmasını asanlaşdırır. Bununla da meteorizmin qarşısını alır. Spazmolitik təsir edərək bağırsaq sancılarını azaldır. Mədə-bağırsaq sisteminin selikli qişasına antiseptik, iltihab əleyhinə təsir göstərir.

İstifadəsinə göstərişlər:
Meteorizm
Spazmla müşayiət olunan həzm sistemi xəstəlikləri
Dispepsiya 
Aerofagiya
Yenidoğulmuşlarda bağırsaq sancıları.

Əks göstərişlər:
Preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq, bağırsaq keçməzliyi, mədə-bağırsaq sistemində perforasiya, mədə-bağırsaq qanaxmaları.

İstifadə qaydası:
1 yaşa qədər – ½ çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl
1-5 yaş – 1 çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl
5-12 yaş – 2 çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl
12 yaşdan yuxarı, böyüklər – 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul olunur.
Müalicə müddəti 1 aydır, bir həftəlik fasilədən sonra təkrar qəbul oluna bilər.
Preparatın hamiləlik və südvermə dönəmində tətbiqi araşdırılmayıb.

Buraxılış forması: 100 ml-lik şüşə flakonda, istifadəsinə dair təlimatla birlikdə karton qablaşdırmada.

Saxlanma qaydası: sərin və qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadə oluna bilər.

Yararlılıq müddəti: 18 ay
Yararlılıq müddəti bitmiş preparatdan istifadə olunmamalıdır.

Sifarişçi: Abc-Pharma 

İstehsalçı: Herba Flora, Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu qəsəbəsi, Güzdək yolu.