Title Image

Məhsullarımız



MioRek


Tərkibi :  Hər tabletin 
Feniramidol - 400 mq

Farmakoloji  xüsusiyyətləri :  MioRekin tərkibindəki aminopiridin törəməsifeniramidol mərkəzi təsirli miorelaksantlar  qrupunun nümayəndəsidir. Baş beyin , onurğa beyni  səviyyəsində antispastik və miorelaksasiyaedici  təsir göstərir. Əzələ spazmını aradan qaldıran feniramidol polisinaptik refleksləri  blokada edir, namonosinaptik reflekslərə isə təsir etmir. MioRek eninəzolaqlı  əzələlərin tonusunu, əzələ ağrısını azaldaraq analgetik təsir göstərir.

Farmakokinetikası:  MioRek daxilə qəbulda  mədə- bağırsaq traktından tez bir zamanda sorulur. Qanın zülalları ilə birləşir. Qaraciyərdə metabolizasiya olunur, qlukuron turşusu ilə birləşərək qlukuronid yaradır. Qlukuronid ödə də daxil olur. Bağırsaqda feniramidolun bir hissəsi geriyə  sorulur.4 - 6 saatdan sonra orqanizmdən 37% nəcislə, 63% isə sidiklə qlukuronid şəklində xaric olur.

Göstərişləri:

  • Əzələlərin hipertonusu və əzələ spazmı
  • Onurğanın distrofik -degenerativ xəstəliklərində əzələ kontrakturası ( osteoxondroz, spondilyoz, sirinqomieliya, hemiplegiya, onurğa və bel sindromları)
  • Fəqərəarası disk yırtığında aparılan cərrahi əməliyyatdan sonra bərpa məqsədilə
  • Eninəzolaqlı əzələlərin tonusunun artması ilə keçən üzvi - degenerativ nevroloji xəstəliklər (dağınıq skleroz, mielopatiya,ensefalomielit, kəskin beyin qan dövranı çatmamazlığının fəsadları)
  • Uşaq serebral spastik iflici
İstifadə qaydası və dozalanması:  MioRek 1-2 tabletdən gündə 3 dəfə  yeməkdən sonra çoxlu maye ilə qəbul olunur. Tableti çeynəmək olmaz.

Əlavə təsirləri: Qaşınma, allergik reaksiya ,yorğunluq hissi, başgicəllənmə,əzələ zəifliyi,qorxu, yuxu pozulması, hallüsinasiya, arterial hipotenziya və ya arterial hipertenziyabradikardiya,ağızda quruluq, dispepsik əlamətlər

Əks - göstərişləri:Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq, qaraciyər və böyrək çatmamazlığı, hamiləlik və laktasiya dövrü,16 yaşa qədər uşaqlar

Buraxılış forması:MioRek tablet № 24

İstehsalçı:Türkiyə, İlac San ve Tic A.S.