Title Image

Məhsullarımız



Merlin


Istifadəsi üzrə təlimat (xəstələr üçün)
Tərkibi
Təsiredici maddə
1 kapsulda
Təsiredici maddə
Balqabaq toxumu yağı.....................................100 mq
Çaytikanı yağı..................................................100 mq

Inqredientlər: qarğıdalı nişastası, mikrokristallik sellüloza, susuz silisium dioksid, maqnezium stearat

Farmakoterapevtik qrup
Detoksikator

Farmakoloji xüsusiyyətləri
Balqabaq toxumu yağı – tərkibi bioloji aktiv maddələr kompleksi və o cümlədən sitosterinlə zəngindir. Balqabaq toxumu yağının tərkibində 53 mikro- və makroelement: dəmir, maqnezium, sink, selen və s. var. Tərkibində həmçinin yağda həll olan vitaminlər: vitamin A, E və F var. Balqabaq yağı hepatoprotektor, ödqovucu, xoraəleyhinə, antiseptik, antisklerotik, iltihabəleyhi xüsusiyyətlərə malikdir. Ödün kimyəvi tərkibini normallaşdırır, qaraciyərin, öd kisəsinin, MBT-nin selikli qişasının funksiyasını bərpa edir, xolesterinin artıq miqdarını orqanizmdən xaric edir, ödqovucudur, maddələr mübadiləsini tənzimləyir, kimyəvi maddələrin qəbulu zamanı orqanizmin intoksikasiyasını azaldır.
Balqabaq toxumu yağı qaraciyər xəstəliklərinin (sirroz, qaraciyərin piy distrofiyası, alkoqol zədələnməsi, hepatitlər) profilaktika və müalicəsində, xolesistitlərdə, ödçıxarıcı yolların diskineziyasında, MBT xəstəliklərində (mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kəskin və xroniki qastrit, kolit)geniş istifadə edilir.
Həmçinin yarımdoymamış yağ turşularının yüksək konsentrasiyası prostoqlandin sintezini stimulə edərək xərçənglə xəstələnmə riskini azaldır.
Çaytikanı yağı – regenerativ xüsusiyyətlərə malikdir, qaraciyərdə lipid mübadiləsini tənzimləyir, antibakterial təsir göstərir, mədəaltı vəzin xarici sekretor fəaliyyətini stimulə edir, mədə şirəsinin sekresiyasını azaldır, bioloji membranları kimyəvi faktorların zədələyici təsirindən qoruyur. Aterosklerozun, miokardda distrofik dəyişikliklərin müalicəsində effektiv olan vitaminlər və bioloji aktiv maddələrlə zəngindir. Tərkibində yüksək miqdarda vitamin E vardır.
Balqabaq toxumlarının yağı və çaytikanı yağının müalicəvi xüsusiyyətlərini sübut edən çoxsaylı farmakoloji və klinik araşdırmalar vardır.
Balqabaq toxumları yağı və çaytikanı yağı kompleksinin aşağıdakı təsir effektləri vardır:

  • Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi zamanı (çapıqlaşma mərhələsi), kəskin və xroniki qastritdə, ezofagit, kolit, enterokolit (qeyri infeksion mənşəli) zamanı MBT-nin selikli qişasını bərpa edir.
  • Qaraciyər sirrozu, qaraciyərin piy distrofiyası, müxtəlif etiologiyalı hepatitlər, qaraciyərin toksik zədələnməsi (alkoqol, dərman maddələri, sənaye zəhərləri və s.), xolesistit, xolangit, öd yolları diskineziyası, xolestaz, öd daşı xəstəliyi (profilaktika) zamanı qaraciyər funksiyasını bərpa edir.
  • Antiparazitar və antihelmint təsir göstərir.
  • Lipid mübadiləsinin və xolesterin miqdarının normallaşmasına, qan damarları divarlarınin elastikliyinin qorunmasına şərait yaradır, qan dövranını yaxşılaşdırır.
  • Orqanizmin təmizlənməsinə şərait yaradır, immuniteti stimulə edir, sağalma və regenerasiya proseslərini stimulə edir. 
  • Prostaqlandin sintezini stimulə edir. Prostaqlandinlər hormonal aktivlik modulyatorları olub, saya əzələlərin yığılmasını stimulə edir, qan təzyiqini aşağı salır, vazopressinin aktivliyini azaldırlar.
  • Orqanizmi sərbəst radikalların zədələyici təsirindən müdafiə edir və vaxtından əvvəl qocalmadan qoruyur.
  • Dəri və digər orqanların xərçəng xəstəlikləri riskini azaldır.
  • Qanda və toxumalarda turşu-qələvi müvazinətini bərpa edir.
Göstərişləri:
Qaraciyər xəstəliklərinin (sirroz, müxtəlif etiologiyalı hepatitlər, qaraciyərin piy distrofiyası və s.) profilaktikası və kompleks müalicəsi; qaraciyərin toksik (alkoqol, dərman maddələri, sənaye zəhərləri və s.) zədələnməsi zamanı profilaktika və komleks müalicə; öd kisəsi və ödçıxarıcı yolların xəstəliklərinin (xolesistit, xolangit, xolestaz, ödçıxarıcı yolların diskineziyası, öddaşı xəstəliyi və s.) profilaktika və kompleks müalicəsi; MBT xəstəliklərinin (mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, qastritlər, ezofagit, kolit və enterokolit ( qeyri infeksion mənşəli) və s.) profilaktika və kompleks müalicəsi; hiperxolesterinemiya, arterial hipertenziya (kompleks müalicənin tərkibində); onkoloji xəstəliklərin profilaktikası; parazitar xəstəliklər, helmintozlar (kompleks müalicənin tərkibində); prqanizmin detoksikasiyası məqsədi ilə

İstifadə qaydası və dozalanması
1-2 kapsul gündə 1-2 dəfə, yeməkdən 30 dəqiqə əvvəl. Müalicə kursu 2-4 həftə

Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İşlədici preparatlarla birgə istifadəsi tövsiyyə olunmur

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət deyil

Nəqliyyat vasitəsi və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təhlükəsizdir

Əlavə təsiri
Nadir hallarda allergik reaksiya

Buraxılış forması
№30 kapsul.

İstehsalçı
“ Vitapharm com”, Moldaviya

Saxlanma şəraiti
Uşaqların əli çatmayan yerdə, 15°C - 25°C hərarətdə , işıqdan uzaq, quru yerdə saxlanılır

Yararlılıq müddəti
2 il

Apteklərdən buraxılma şərti
Reseptsiz buraxılır