Title Image

Məhsullarımız



Kreoflat


Tərkibi:
Pankreatin-170mq 
Amilaza -5500 BV
Lipaza – 6500 BV
Proteaza – 400 BV

Farmakoloji xüsusiyyətləri: Kreoflat mədəaltı vəzin fermentlərinin defisitini aradan qaldıranvə həzm prosesini yaxşılaşdıran enzim preparatdır. Lipaza, amilaza və proteazadan ibarət  pankreatin  mədəalti vəzin fermentidir. Orqanizmdə zülalların aminturşulara, karbohidrat ların dekstrin və monosaxaridlərə , lipidlərin qliserin və yağ turşularına  parçalanmasını , mənim sənilməsini təmin edir.  Mədə -bağırsaq traktının funksiyasını və həzm prosesini tənzimləyir.

Göstərişləri:

  • Mədəaltı vəzin xarici sekretor funksiyasının çatmamazlığı ( xroniki pankreatit, mukovissidoz)
  • Mədə ,bağırsaq,qaraciyər ,öd kisəsinin iltihabi –distrofik xroniki xəstəlikləri
  • Duodenostaz , qastrostaz
  • Xolestatik hepatit, Qaraciyər sirrozu
  • Mədəalti vəzin xoş və bədxassəli şişləri
  • Mədə, bağırsaq, mədəalti vəzin,qaraciyər,öd kisəsinin rezeksiya və şüa terapiyasından sonrakı vəziyyətinin kompleks terapiyası
  • Mədəaltı vəzin və öd  axacaqlarının yeni törəmələrlə obstruksiyası
  • Keyfiyyətsiz qidalanma zamanı həzmi yaxşılaşdırmaq məqsədilə
  • Rentgen müayinəsi və qarın boşluğu orqanlarının USM-nə hazırlıq məqsədilə
Əks –göstərişləri: Preparatın hər hansı bir komponentinə qarşı  yüksək həssaslıq, kəskin pankreatit, xroniki pankreatitin kəskinləşməsi

Əlavə təsirləri: Nadir halda allergik reaksiya

İstifadə qaydası və dozalanması:
  Gündə 1- 2 tablet yemək vaxtı qəbul olunmalıdır. Rentgen müayinəsi məqsədilə müayinədən 2 gün əvvəl gündə 3-4 dəfə 2 tabletdən yemək vaxtı, müayinə günü isə səhər yeməkdən əvvəl 2 tablet qəbul edilir.

Buraxılış forması: Kreoflat, örtüklü tabletlər N 60

İstehsalçı: İlac San ve Tic.A.S, Turkiye