Title Image

Məhsullarımız



Qlimekomb


Tərkibi:
Metformin hidroxlorid....500 mq
Qliklazid..........................40 mq

Farmakoloji xüsusiyyətləri:
Metforminin antihiperqlikemik təsir mexanizmi digər antihiperqikemik preparatlardan fərqlənir. Metformin qaraciyərdə qlükozanın yaranmasını azaldır, bağırsaqlarda qlükozanın absorbsiyasını azaldır və qlükozanın periferik toxumalarla qəbulunu və mənimsənilməsini artırır, bu insulinə qarşı hassaslığı normallaşdırır, bunlar isə bazal və postprandial plazmada qlükozanı azaldır və 2 tip şəkərli diabet xəstələrində qlükozaya tolerantlığını qaydaya salır. Metformin qəbul edən xəstələrdə insulinin sekresiyası dəyişilməz qalır. Faktiki olaraq xəstənin ac qarına olan insulinin səviyyəsi və gün ərzində plazmaya insulinin sekresiyası azalır. 
Qliklazid , hemobioloji təsirli II nəsil sulfonil sidik cövhəri qrupu şəkərəleyhinə maddədir. Qliklazid insulinin fizioloji şəraitdə sekresiyasını bərpa edir, qlükozanın acqarına səviyyəsini normallaşdırır və postprandial və ya reaktiv hiperqlikemiyanın qarşısını alır. Yüksək biomənimsəmə qabiliyyəti (97 %-ə qədər) qlükozanın səviyyəsini 24 saat ərzində stabil saxlamağa imkan verir. Qliklazid erkən pik insulin sekresiyasını bərpa edir, bu II tip şəkərli diabeti olan xəstələrdə qanın plazmasında qlükozanın səviyyəsini daha etibarlı şəkildə kontrol etməyə imkan verir, insulinin ikinci fazada artıq miqdarda ifrazının qarşısını alır. Qliklazidmədəaltı vəzi Langerhans adacıqlarının β – hüceyrələri tərəfindən insulin inkresiyasını stimulə edir, qlükozanın insulin inkretor təsirini gücləndirir.  Qliklazid periferik toxumaların (qaraciyərin və skelet əzələlərinin)  insulinə həssaslığını artırır, bu qlükozanın qanda normal səviyyəsinin saxlanması üçün böyük əhəmiyyətə malikdir, hiperqlikemiya zamanı qaraciyərdə qlükozanın sintezini dayandırır. Hüceyrə daxili fermentlərin aktivliyini stimulə edir (əsasən əzələ qlikogensintetazanı), bu toxumalarda qlükozanın insulindən asılı mübadiləsini yaxşılaşdırır.

Göstərişləri:
-Orta ağırlıqda II  tip şəkərli diabet (insulindən asılı olmayan), diabetik mikroangiopatiyanın başlangıc forması (yetkinlik, yaşlılıq dövrü, xüsusilə artıq çəkili xəstələr)
-Pəhriz, fiziki aktivlik və ya evvelceden qəbul olunan metformin və qliklozidlə müalicə qeyri effektiv olanda II tip şəkərli diabet zamanı 

İstifadə qaydası:
Preparatın dozası adətən individual olaraq seçilir. İlkin başlanğıc doza gün ərzində 1-3 tablet. Adətən gündə 2 tablet səhər və axşam qəbul olunur. Maksimal sutkalıq doza 5 tablet təşkil edir.

Əks göstərişləri:
I tip şəkərli diabet; diabetik ketoasidoz, dizbetik koma; hipoqlikemiya; ağır böyrək çatmamazlığı; porfiriya; hamiləlik və laktasiya dövrü;  xroniki alkoqolizm; tərkibinə qarşə hüksək həssaslıq

Əlavə təsirləri:
Ürəkbulanma, qusma, dispepsiya, dıridı səpkilər, qaşınma, nadir hallarda jipoqlikemiya (nəzarətsiz müalicə zamanı); qanyaranma pozulması; ağızda metall dadı; iştahanın pozulması

Xüsusi göstərişləri:
Preparatın qəbulu fonunda az kalorili qidalar (karbohidratların məhdudluğu). Müalicə müddətində ac qarına  mütləq qlukoza nəzarəti olmalıdı. 
Preparatın qəbulu fonunda spirtli içkilərin qəbulu dayandırılmalıdır!

Buraxılış forması:
Tablet № 30

İstehsalçı:
«Акрихин», Rusiya