Title Image

Məhsullarımız



Heviran


Tərkibi:  
Asiklovir...400 mq

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası:
Asiklovir purin nukleozidinin sintetik anoloqu olub, insan üçün patogen olan  1-ci və 2-ci tip Herpes simplex (HSV), həmçinin  Varicella-Zoster (VZV) virusu kimi Herpes qrupu viruslarının replikasiyasını in vitro və  in vivo tormozlayır .
Asiklovirin göstərilən virusların replikasiyasına tormozlayıcı təsiri çox seçicidir. Yoluxmamış hüceyrələrdə endogen timidinkinaza (TK) asikloviri substrat kimi istifadə etmir, ona görə də məməlilərin hüceyrələrinə toksiki təsir çox olmur.  Lakin, HSV və VZV virusları ilə kodlanmış virus mənşəli TK  asikloviri monofosfat törəməsinə (nukleozidin analoqu) qədər fosforlaşdırır, hansı ki, sonra heceyrə fermentlərinin təsiri ilə ardıcıl olaraq asiklovir di- və trifosfata qədər fosforlaşmaya məruz qalır. Трифосфат Asiklovir trifosfat virus DNT-polime-razası üçün substratdır və onun vasitəsilə virus DNT-nin zəncirinə tikilir ki, nəticədə virus DNT zəncirinin sintezini tamamlayır və onun replikasiyasını tormozlayır.

Farmakokinetikası:
Asiklovir mədə-bağırsaq traktından yalnız qismən sorulur. Hər 4 saatdan bir preparatın 200 mq dozada qəbulundan sonra tarazlıq vəziyyətində orta maksimal konsentrasiya (CSSmaks) 3,1 mkmol/l təşkil edir, müvafiq minimal konsentrasiya (CSSmin)  1,8mkmol/l təşkil edir. Preparatın hər 4 saatdan bir 400 mq və 800 mq dozada qəbulundan sonra  CSSmaks müvafiq olaraq  5,3 mkmol/l və 8 mkmol/l , CSSmin isə 2,7 mkmol/l və 4 mkmol/l təşkil edir.

Göstərişləri:
-Dərinin və selikli qişaların birincili və residivverici genital herpes daxil olmaqla sadə herpes virusu (Herpes simplex virus) tərəfindən törədilən infeksiyalarının müalicəsi üçün
- İmmuniteti pozulmamış pasiyentlərdə sadə herpesin (Herpes simplex virus) residivlərinin profilaktikası üçün
-Suçiçəyi virusunun və kəmərləyici dəmrov virusunun (Varicella-Zoster virus) törətdiyi infeksiyaların müalicəsi üçün

Dozalanma:
2 yaşdan böyük uşaqlarda və böyüklərdə 200- 400 mq gündə 3-5 dəfə. Bəzi hallarda 20mq/kq çəkiyə (800 mq bir dəfəyə) gün ərzində 4 dəfə. 2 yaşa qədər uşaqlarda doza böyüklər üçün dozanın yarısına bərabərdir. Müalicə müddəti 5-10 gün. Suçiçəyi virusunun və kəmərləyici dəmrov virusunun (Varicella-Zoster virus) törətdiyi infeksiyaların müalicəsi: Dərman preparatı gecələr fasilə verilməklə, gündə 5 dəfə (hər 4 saatdan bir) 800 mq dozada təyin olunur. Müalicə 5-7 gün müddətində davam etdirilir. 

Suçiçəyi virusunun törətdiyi infeksiyanın müalicəsi:
6 yaşdan böyük uşaqlar:gündə 4 dəfə 800 mq
2 yaşdan 5 yaşa qədər uşaqlar:gündə 4 dəfə 400 mq
- 2 yaşa qədər uşaqlar:gündə 4 dəfə 200 mq 

Əks göstərişləri:
Preparatın tərkibinə qarşı hüksək həssaslıq

Əlavə təsirləri:
Nadir hallarda ürəkbulanma, qusma, nevroloji dəyişikliklər ( baş ağrısı, başgicəllənmə)

Ehtiyat tədbirləri:
Asiklovir orqanizmdən böyrəklər vasitəsi ilə xaric olur, ona görə də böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın dozasını azaltmaq lazımdır. Ahıl yaşlı pasiyentlərdə böyrək funksiyalarının pozulmasını nəzərə almaq lazımdır, həmçinin bu qrupda dərman preparatının dozasının azaldılmasını qiymətləndirmək lazımdır. Ahıl yaşlı şəxslər və böyrək çatışmazlığı olan pasiyentlər sinir sistemində arzuolunmaz təsirlərin meydana çıxmasının yüksək risk qrupuna aiddirlər və ona görə də  bu qrup pasiyentləri ciddi müşahidə altında saxlamaq lazımdır. Bu vaxta qədər məlum simptomlar adətən preparatın qəbulunun dayandırılmasından sonra aradan qalxmışdır.

Buraxılış forması:
Tablet №30

İstehsalçı:
POLPHARMA SA, Polşa