Title Image

Məhsullarımız



Frenag


TƏRKİBİ:
Nimesulid 1% - 10 mq/30q

FARMAKOLOJİ QRUPU:
Qеyri-stеroid iltihab əlеyhinə prеparat (QSİƏP)

FARMAKOLOJİ  TƏSİRLƏRİ:
Frenag gel - sulfonanilid törəməsi olan qeyri-steroid iltihab əleyhinə preparatdır. İltihab əleyhinə, ağrıkəsici təsirə malikdir.
Təsir mexanizmi prostoqlandinlərin sintezini blokada etməsi ilə bağlıdır. Selektiv olaraq SOQ-2 fermentini blokada etdiyi üçün iltihab ocağındakı prostoqlandinlərin sintezini tormozlayır.
Frenag gel - yumşaq toxumalara tez sorulur, sinovial mayedə toplanaraq yerli iltihabəleyhinə və ağrıkəsici təsir göstərir.

GÖSTƏRİŞLƏRİ:
Dayaq-hərəkət sisteminin xəstəlikləri:
Revmatoid artrit
Osteoartrit
Periartrit,
Psoriatik artrit
Ankilozlaşan spondiloartrit
Osteoartroz
Kökcük sindromu ilə müşayiət olunan osteoxondroz, podaqra
Bağ və vətərlərin iltihabi xəstəlikləri
Tenosinovit
Bursit
Revmatik və qeyri-revmatik mialgiyalar
Dartılma, əzilmə və sınıqlarla müşayiət olunan yumşaq toxuma zədələnmələrinin yerli müalicəsi

ƏKS GÖSTƏRİŞİ:
Dəri tamlığı pozularsa

İSTİFADƏ QAYDASI:
Gündə 2-3 dəfə təxminən 3q olmaqla nazik təbəqə şəklində çəkilir və dəri tərəfindən tamamilə sorulanadək ovuşdurulur. Tətbiq olunan gelin miqdarı ağrılı və şişkin nahiyənin ölçüsündən asılı olaraq dəyişir. Frenag gel adətən 7-15 gün müddətində təyin olunur. Həkiminiz, yaxud əczaçı sizə dozanı təyin etməkdə kömək göstərə bilər.
Gel tətbiq edilmiş nahiyəni sıxıcı sarğı ilə örtmək olmaz.
Əgər dozanı istifadə etməyi unutsanız, xatırladıqda bir qədər istifadə edin. Tələb olunan miqdarı isə növbəti dəfəyə saxlayın. Unutduğunuz halda ikiqat doza tətbiq etməyin.

BURAXILIŞ FORMASI: 30q gel tubda,
İSTEHSALÇI: HELBA Pharmaceuticals In c.Co.ANKARA – TÜRKİYƏ