Title Image

Məhsullarımız



Ferumvit


ANTİANEMİK KOMPLEKS
Tərkibi: 
1 kapsul ibarətdir:
Fe III (hidroksid polimaltoz)........ 14 mq
C vitamini ...................................50 mq
Niasin (nikotin turşusu)...............10 mq
B6 vitamini ...................................1 mq
B2 vitamini ...................................2 mq
B1 vitamini .................................2 mkq
B9 vitamini .............................200 mkq

Farmakoloji xüsusiyyəti:

Ferumvitin tərkibindəki dəmir -ferritin zərdabına oxşar kompleks ilə birləşərək Dəmir (III) hidroksid polimaltoz kompleksi yaradır.
tərkibindəki Fe bağırsaqlardan qana yalnız aktiv sorulma vasitəsilə keçir. Dəmirin maksimal sorulması 12b/bağırsaqda baş verir. Sorulmuş dəmir ferritinlə birləşmiş şəkildə  daşınır, əsasən qaraciyərdə depolaşır və sümük iliyində hemoqlobinin tərkibinə daxil olur.
Hidroksid polimaltozanın qeyri-ion quruluşu və bağırsaqda aktiv daşınma mexanizminin (ferroksidaza-1 ilə oksidləşməyə ehtiyac yoxdur) olması nəticəsində Ferumvit preparatında,  ion dəmir preparatlarının (sulfat, xlorid duzları, fumarat,qlükonat birləşmələr və s.i) malik olduğu əlavə təsirlər (qarın nahiyəsində ağrı, qəbizlik,diş emalının rənglənməsi, dispeptik əlamətlər və s.) və doza həddinin aşılması (və intoksikasiya) təhlükəsi yoxdur.  Qida komponentləri və ya tərkibində fenol birləşmələri olan dərman maddələri (tetrasiklin və s.) preparatın bağırsaqdan sorulmasını azaltmır.

Ferumvit preparatı orqanizmdə dəmir defisitini tez bir zamanda bərpa edir, eritropoezi stimulə edir və hemoqlobin miqdarını bərpa edir.

Fol turşusu həmçinin qanyaranmada iştirak edir, meqaloblastlarin differensiasiyası və inkişafını təmin edir. Hamiləlik zamanı fol turşusu dölün sinir sisteminin inkişafı üçün vacibdir və teratogen faktorların dölə təsirini azaldır.

C vitamini dəmirin sorulmasını yaxşılaşdırır və reduksiya olunmuş formada depolanmasına şərait yaradır. Vtamin C antioksidant xüsusiyyətlərə malikdir. Fol turşusu reduktazasının protektorudur

Niasin  – anemiya zamanı beyin, ürək-damar və həzm sisteminin işinə təsir edir. Toxumalardan histamin və bradikininin azad olmasını artıraraq arteriola və kapillyarları (xüsusilə də gövdənin yuxarı yarısında) genişləndirir, kollateral qan dövranını gücləndirir, baş beyində, miokardda və böyrəklərdə mübadiləni yaxşılaşdırır. Fol turşusunun mənimsənilməsini yaxşılaşdırır.

Sink - qanyaranma proseslərini normallaşdırır və B qrup vitaminlərin mənimsənilməsini yaxşılaşdırır, sümük iliyinin inkişafı üçün vacibdir və bir sıra hormonların və fermentlərin sintezində iştirak edir. Eritrositlərin formalaşmasını təmin edir.

Bvitamini –karbohidrat mübadiləsində iştirak edir, sinir sistemi funksiyasını normallaşdırır.

B2 vitamin flavin fermentlərinin tərkibinə daxildir, oksidləşmə-bərpa proseslərində iştirak edir, toxuma tənəffüsü zəncirində elektronların nəqlinə şərait yaradır. Zülal, karbohidrat, yağ və porfirin mübadiləsində iştirak edir, sinir sisteminin, qaraciyərin işini tənzimləyir, toxumalarda regenerasiyanı stimulə edir.

B6 vitamin– maddələr mübadiləsində stimulyator kimi, amin turşuların aminləşmə və dezaminləşməsi, zülalların, fermentlərin, hemoqlobinin sintezi, histamin, serotonin, katexolaminlər və qlutamin turşusu mübadiləsi üçün vacibdir, MSS-nin fəaliyyətini tənzimləyir, miokardın yığılma qabiliyyətini yaxşılaşdırır, fol turşusunun aktiv formaya keçməsini təmin edir, hemopoezi stimulə edir və doymamış yağ turşuları metabolizmini sürətləndirir. Qanda xolesterin və lipidlərin miqdarını, kapillyarların keçiriciliyini azaldır.

Göstərişləri:

  • Dəmir defisitli anemiyanın müalicə və profilaktikası
  • Gizli dəmir defisiti
  • Orqanizmin dəmir və fol turşusuna təlabatının artması hallarında
  • İntensiv böyümə, hamiləlik və laktasiya dövrlərində
  • Hipo və avitaminozların müalicə və profilaktikasında
  • Qanitirmə zamanı yaranan anemiyalar (daxili qanaxmalardan sonra, cərrahi əməliyatlardan sonra, şualanma və kimyatepariya, hemodializ)
  • Menorragiyalar və Qeysəriyyə əməliyyatından sonra
  • Fiziki və əqli yüklənmələr zamanı
Əks göstərişləri:
Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq, dəmir defisiti ilə əlaqədar olmayan anemiyalar (aplastik, hemolitik anemiyalar, talassemiya və s.), hemoxromatoz, hemosideroz.

Əlavə təsirləri: dispepsiya, nadir hallarda allergiya

Qəbul qaydası:
·6 yaşdan böyük uşaqlar və böyüklər– 1-2 kapsul gündə 1-2 dəfə, yemək zamanı.
·Hamiləlır: DDA-nın müalicəsi üçün 1-2 kapsul gündə 2-3 dəfə, hemoqlobinin miqdarı normallaşanadək. 
·Laktasiya zamanı: 1 kapsul gündə 1 dəfə.
·Planlı əməliyyatlardan öncə: 1-2 kapsul gündə 1 dəfə, 2-3 həftə ərzində.
·Fiziki və əqli gərginlik, həmçinin hipo- və avitaminozlar zamanı: 1-2 kapsul gündə 1 dəfə. 

Buraxılış forması: № 30 kapsul

İstehsalçı: Vitapharm