Title Image

Məhsullarımız



Ederis


Hər 5 ml siropun tərkibində:
Daşsarmaşığın quru ekstraktı (Hedéra hélix )..........70 mq
Farmakoterapevtik qrupu:

  • Bronxospazmolitik
  • Mukolitik 
  • Öskürəkəleyhinə 
Farmakoloji xüsusiyyətləri:
EDERİS siropun tərkibi daşsarmaşığının quru ekstraktıdır. Daşsarmaşığının təsiredici saponinləri hederakozid və alfa-hederindir.Alfa-hederin və hederokozid C β–adrenoreseptor blokatorlarının endositozunun qarşısını alır. Bununla ağciyər epitelin və bronxların selikli qişasında  β–adrenoreseptorların aktivliyini artırır, bronxlarda hüceyrədaxili Ca miqdarını azaldır, bronxların spazmını aradan qaldırır. β–adrenoreseptor  blokatorlarını stimulə edərək alveollar tərəfindən sulfaktantın sintezini artırır və bəlğəmin özlülüyünü azaldır. Beləliklə EDERİS bronxları genəldir, öskürəyi yumşaldır və bəlğəmi xaric edir. 
Göstərişləri:
Yuxarı və aşağı tənəffüs yollarının infeksion- iltihabı xəstəliklərinin müalicə və profilaktikasında:
  • Faringit, bronxit, pnevmoniya 
  • Xroniki bronxit
  • Bronxoobstruktiv sindrom
  • Vərəm
  • Bronxial astma
Doza və qəbul qaydası:
YaşDozalanma
1 yaşa qədər2.5 ml * 2 dəfə
1-62.5 ml * 3 dəfə
6-125.0 ml * 3 dəfə
12 yaşdan yuxarı və böyüklərə5-7.5 ml * 3 dəfə
Müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Ortalama gəbul 7 gündür. Klinik əlamətlər yoxaçıxannan sonra 2-3 gün əlavə qəbul etmək tövsiyə olunur








Əlavə təsirləri: 
Nadir hallarda dəri səpkiləri, dispepsiya əlamətləri, allergik reaksiyalar 

Əks göstərişləri:
Ederisin tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü. 

Buraxılış forması:
100 ml sirop

İstehsalçısı: VİTAPHARMA, Moldova.