Title Image

Məhsullarımız



Dentasept


Antiseptik məhlul 100ml
Tərkibi: 100 ml sirop
Mixək ekstraktı 2,5 q
Propolis 5,0 q
Nanə yarpağının ekstraktı 0,8 q
Gülümbahar çiçəyinin ekstraktı 1,0 q
Sürvə (adaçayı) yarpağının ekstraktı 1,2 q
Çobanyastığı çiçəyinin ekstraktı 1,0
Qliserin10q

Farmakoloji təsiri:
Mixək ekstraktı antibakterial, antivirus, ağrıkəsici, spazmolitik və yarasağaldıcı təsir xüsusiyyətlərinə malikdir. Ağız boşluğunda  və boğazda olan patogen mikroorqanizmlərə öldürücü təsir göstərdiyindən halitozun (ağızdan xoşagəlməz qoxu) qarşısını alır. Evgenolun iltihab əleyhinə, spazmolitik və ağrıkəsici effekti sayəsində diş ağrısını, dişətində olan qızartı və şişkinliyi aradan qaldırır.

Propolis dezinfeksiyaedici, antibakterial, virus əleyhinə, iltihab əleyhinə və antioksidant təsir göstərir. Anestetik olduğundan diş ağrısını azaldır. Regenerasiya proseslərini sürətləndirdiyindən ağız boşluğunun selikli qişasında əmələ gələn yaraları sağaldır. Atifunqal təsiri sayəsində kandida cinsindən olan göbələkləri öldürür.

Adaçayı yarpaqlarının ekstraktı tərkibində olan sineol efir yağı və salvin antibakterial maddəsi sayəsində stomatit xəstəliyinin əsas səbəbi olan vezikulyar stomatit virusuna və porfiromonas gingivalis bakteriyasına öldürücü təsir göstərir, bununla da ağız boşluğunun selikli qişasında aftoz yaraların yarnmasının qarşısını alır. Aşı maddələri diş ətinə büzücü təsir göstərir və diş köklərini möhkəmləndirir.

İstiotlu nanə yarpağının ekstraktı tərkibində olan mentol efir yağı ağız boşluğuna antibakterial təsir göstərir, kapilyarların spazmını aradan qaldırır, selikli qişaların regenerasiyasını sürətləndirir. İltihab əleyhinə və ağrıkəsici təsiri var

Gülümbahar çiçəklərinin ekstraktı stafilokoklara və streptokoklara qarşı antibakterial təsir göstərir. Tərkibində olan kalenden maddəsi selikli qişalara iltihab əleyhinə və yarasağaldıcı təsir göstərir.

Çobanyastığı çiçəklərinin ekstraktı bioflavonoidlər və fitosterinlər hesabına diş əti və ağızın selikli qişasında olan iltihabi əlamətləri (qızartı, şişkinlik, ağrı) aradan qaldırır, xamazulen efir yağı isə spazmolitik və ağrıkəsici effekt verir.

Farmakoloji təsiri:
Antibakterial, virus əleyhinə, göbələk əleyhinə təsir göstərir, ağız boşluğunda olan patogen mokrobları məhv edir. İltihab əlamətlərini zəiflədir, diş və diş əti ağrılarını azaldır. Spazmolitik təsiri sayəsində ağız boşluğunun selikli qişasının qan dövranını bərpa edir, regenerativ prosesləri və yaraların sağalmasını sürətləndirir.
Ağızdan xoşagəlməz qoxunu aradan qaldırır, diş ərpinin və diş daşlarının əmələ gəlməsinin qarşısını alır.

İstifadəsinə göstərişlər:
- Diş ətinin iltihabı (gingivit)
- Ağızın selikli qişasının iltihabı (stomatit)
- Parodental xəstəliklər
- Diş çəkilməsindən sonra
- Ağız boşluğundan xoşagəlməz qoxu (halitoz)
- Damaq-protez yaraları
- Ortodontik aparatların istifadəsi
- Ağız boşluğunun gigiyenası

Əks-göstəriş:
Məhlulun tərkibində olan komponentlərə qarşı individual həssaslıq.

İstifadə qaydası:
Diş əti və ağız selikli qişasının xəstəliklərində gündə 3-4 dəfə yeməkdən sonra 15 ml (1 xörək qaşığı) məhlulla qarqara edilir.Ağız boşluğunun gigiyenası məqsədilə gündə 1 dəfə gecə yatmazdan əvvəl qarqara edilir.

İstifadə üçün təlimat qutunun içindədir.
Buraxılışforması : 100 ml ölçüdə tünd rəngli şüşə flakonda
Yararlıq müddəti : 18 ay
Saxlama şəraiti:  Sərin və qaranlıq ,uşaqların əli çatmayan yerdə saxlanılmalıdır
İstifadədən öncə çalxalamaq lazımdır
Dərman vasitəsideyil

İstehsalçı.Herba-flora MMC